|
Aprelin 27-dən məhdudiyyətlərin bir qismi yumşaldılacaq - fəaliyyətinə icazə sahələrin siyahısı
Azərbaycanda aprelin 27-dən məhdudiyyətlərin bir qismi yumşaldılacaq Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumatda bildirilir ki, 2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Aprelin 27-dən fəaliyyəti bərpa ediləcək iş və xidmət sahələrinib siyahısı açıqlanıb. Xəbərə görə, aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur: ● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla) ● kitab satışı ● qəzet satışı ● dəftərxana mallarının satışı ● çap və sürətçıxarma fəaliyyəti ● fotoatelye/fotostudiyalar ● fərdi mənzillərdə təmizlik xidmətləri ● dərzi xidmətləri ● kosmetika və ətriyyat satışı ● geyim satışı ● ayaqqabı və dəri məmulatlarının satışı ● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti ● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ● kompüter avadanlıqlarının satışı və təmiri ● elektronika və məişət texnikasının satışı ● mebel satışı ● avtomobil satışı ● kimyəvi məhsulların satışı ● gül və bitki məhsullarının satışı ● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı ● gübrə və aqrokimyəvi məhsulların satışı Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır. Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2020 10:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |