|
|
Məşədi Dadaş məscidi yardım aksiyası keçirdiMəşədi Dadaş məscdinin dini icması dünyada, o cümlədən ölkəmizdə yayılmış koronavirus pandemiyası səbəbindən maddi çətinliyə düşən vətəndaşlarımıza yardım göstərib. İcmanın gənc könüllüləri Bakı, Abşeron və Sumqayıt ərazisində yaşayan yüz ailəyə ərzaq paylayıb.
Məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənlinin bildirdiyinə görə, yardımlaşma dinimizin əsas dəyərlərindəndir. Pandemiyanın qarşısını almaq üçün tətbiq olunan karantin rejimi zamanı bu məsələyə xüsusi diqqət yetirmək lazımdır: "Allaha şükür ki, xalqımız hər zaman əl tutmağı bacarır, hər kəs bacardığı qədər yardım göstərir. Biz bir daha birlikdə güclü olduğumuzu nümayiş etdirdik". İlahiyyatçının sözlərinə görə, xeyirli və faydalı işlərin geniş vüsət tapması üçün bu cür aksiyaları təbliğ etmək gərəkdir.
hacishahin.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2020 18:59 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |