|
|
Operativ Qərargah: Mart ayının 29-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcəkNazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Operativ Qərargahın məlumatında bildirilir ki, martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndiriləcək. Məlumatda deyilir: “Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir. Nəqliyyat vasitələri üzrə: Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin. Ticarət obyektləri üzrə: Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin. İctimai iaşə obyektləri üzrə: Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin. Əhalinin hərəkəti üzrə: Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2020 09:09 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |