|
Azərbaycanda Novruz bayramı qeyd olunur
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. Bu il bahar Azərbaycanda martın 20-si saat 07:49:36-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşib, günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib və həmin saatdan etibarən şimal yarımkürəsində yaz fəsli başlanıb, Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı bu gün qeyd olunur. Novruz bahar gecə-gündüz bərabərliyidir.Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, onu yeni ilin başlanğıcı kimi qeyd diblər. Azərbaycanda bayram uzun əsrlərdir böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, İranda, Qafqazda, Orta və və Mərkəzi Asiyada, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Yaxın Şərq və digər xalqlar tərəfindən qeyd edilir. "Novruz" sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Onun yazılışı və ifadəsi müxtəlif ölkələrdə fərqlidir-Novruz, Navruz, Nuruz, Nevruz, Naurız, Nooruz və s. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib. Ahlibeyt.az redaksiyası bütün oxucularını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edir.Sizlərə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik, müvəffəqiyyət,Allah məhəbbəti və bu yolda sabit qədəmlər diləyirik! Allahdan diləyirik ki,tezliklə işğal olunmuş ərazilərimiz azad edilsin.Bayramınız Mübarək! Qeyd edək ki, fevralın 25-i Azərbaycanda Novruzun ilk çərşənbəsi, martın 17-i isə ilaxır çərşənbə qeyd olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2020 12:23 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |