|  | 
| Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedirQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 18-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək. Ahlibeyt.az-ın QMİ Mətbuat Xidmətinin məlumatına əsasən, səfər çərçivəsində sədr KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 21-ci sessiyasında iştirak edəcək. Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında çıxış edəcək QMİ sədri Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2020-ci ilin payızında Şərqi Avropada - Macarıstanda keçiriləcək irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərini məlumatlandıracaq. 2019-cu il Dünya Dini liderlərinin II Bakı Sammitində yaxından iştirak edən KAICIID Baş katibi Feysal bin Muammara, habelə Direktorlar şurasının üzvü Məhəmməd Sammaka fəal iştiraklarına görə xüsusi minnətdarlığını ifadə edəcək QMİ sədrinin yaxın dövr ərzində BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını və Mərkəz xəttilə cari il ərzində Azərbaycanda keçiriləcək müxtəlif lokal və beynəlxalq tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını Şura üzvlərinin diqqətinə çatdıracağı nəzərdə tutulur. Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının sessiyasında iştirak edən QMİ sədri A.Paşazadə beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrə dair müzakirələrə qatılacaq. Səudiyyə Ərəbistanına səfəri çərçivəsində QMİ sədrinin krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! 
         18 Fevral, 2020  11:06 ⁄ Çap
     Bu bölmədə18 Oktyabr, 202518 Oktyabr - Azərbaycanda  Müstəqilliyin Bərpası Günü qeyd edilir 27 Sentyabr, 202527 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür 15 Sentyabr, 2025Bakının işğaldan azad edilməsindən 107 il ötür 6 İyun, 2025Qurban bayramınız mübarək | 
  Xəbər lenti
  27 Sentyabr, 2025  11:10 9 Sentyabr, 2025  20:00 | 
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |