|
|
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap ediləcəyi vaxt açıqlanıbYeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" gələn ay çap ediləcək. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə mətbuata açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib. O bildirib ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" Novruz bayramına qədər çapdan çıxacaq: “Lüğət çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək". Bundan əvvəlki orfoqrafiya lüğətində olmayan təxminən 4000 yeni söz Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib. Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təqribən 5 ildən bir hazırlanır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2020 11:44 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |