|
Təhsil naziri: “15-ci əsrədək olan ortaq türk tarixi dərsliyi artıq hazırdır”"Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan ortaq türk tarixi dərsliyi artıq hazırdır". Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Türk dövlətləri əməkdaşlıq platforması çərçivəsində Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası və toplantısı keçirilir: "Beynəlxalq Türk Akademiyasının nizamnaməsinə əsasən, Elmi Şuraya rəhbərlik hər il bir ölkəyə həvalə olunur. Ötən il Akademiyaya Qırğızıstan rəhbərlik edirdi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərlik Azərbaycana keçdiyi üçün Beynəlxalq Türk Akademiyasına rəhbərlik də bu il bizə həvalə olunub. Bugünkü tədbirdə bütün türkdilli dövlətlərin beynəlxalq nümayəndəlikləri iştirak edir''. Onun sözlərinə görə, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası çərçivəsində ortaq türk tarixi dərsliyinin tədrisinə başlanılması müzakirə ediləcək: "Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması da müzakirə olunacaq". Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası keçirilir.Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycana həvalə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2020 11:20 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |