|
Gündüz İsmayılov: Hazırda ölkədə 42 dini mağaza fəaliyyət göstərirDini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ədəbiyyatlarla bağlı qarşıya yeni hədəflər qoyub. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, son illər dini ədəbiyyat sahəsəində ciddi inkişaf var. Bu sahə artıq tənzimlənən sahədir. Dövlət Komitəsi yerli dini müəlliflərin sayının artırılmasında maraqldır: “Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə çap olunan, ölkəyə idxal olunan dini ədəbiyyatların dinşünaslıq ekspertizasının aparılmasıdır. İndiyə qədər ölkədə həm dini ədəbiyyatların ekspertizasını aparmışıq, eyni zamanda dini ədəbiyyatların satışını həyata keçirən satış məntəqələrini, ümumi olaraq dini mağazalara icazə verilməsi məsələsinə baxılıb. Hazırda ölkədə 42 dini mağaza fəaliyyət göstərir. Bununla yanaşı dini mağazaların icazələrin verilməsi proseduru davam etdirilir". G. İsmayılov deyib ki , ölkədə çap olunan dini ədəbiyyatın böyük bir hissəsi əsasən tərcümədir. “Yəni xarici ölkələrdə çap olunmuş kitabların Azərbaycanda tərcümə edilməsidir. Bizim qarşımıza qoyduğumuz məqsədlər ondan ibarətdir ki, ölkədə çap olunan dini ədəbiyyatların sayında yerli müəlliflərin sayını artırmaqdır. Yəni ümumi desək əsas qarşımıza qoyduğumuz hədəflərdən biri xaricdən idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəniyyatların sayını artırmaqdır. Bu istiqamətdə ötən illər ərzində xeyli işlər görülüb. Əgər 2017-ci ildə ölkədə çap olunmuş dini ədəbiyyatın yalnız 14 faizi yerli müəlliflər tərəfindən yazılırdısa, 2018-ci ildə bu 23 faizdir. Bu rəqəm də bizi qane etmir”. Sədr müavini deyib ki, xaricdə çap olunan dini ədəbiyyatların ölkəyə gətirilərkən Dinşünaslıq ekspertizasından keçirilir. “ Dinşünaslıq ekspertizasının təşkil olunması zərərli dini ədəbiyyatın ölkəyə idxal olunmasının qarşısının alır. Eyni zamanda ekspertiza ölkədə çap olunan zərərli dini ədəbiyyatların yayılmsının qarşısını alır. Biz ona görə yerli müəlliflərin sayını artırmaq istəyirik ki, xaricdə hazırlanmış dini ədəbiyyat həmin ölkələrin həyat tərzinə , dövlət-din münasibətlərinə, həmin xalqın dinə baxışını əks etdirir, baxmayaraq ki, zərərli deyil. Amma bununla yanaşı hər bir bir xalqın dinə baxışı var, özünün dövlət-din münasibətləri var. Bu baxımdan dini ədəbiyyatın əksəriyyətinin məhz Azərbaycanda yerli müəlliflər tərəfindən hazırlanmasını qarşımıza məqsəd qoymuşuq”. G. İsmayılovun sözlərinə görə, ötən illər ərzində ölkədə yalnız Dövlət Komitəsinin maliyyə vəsaiti hesabına 100-dən artıq adda dini ədəbiyyat çap olunub. Bu da öz növbəsində yüz mindən çox kitab deməkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2018 14:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |