|
Bu şəxslər din pərdəsinə bürünüblər - Hacı ŞahinDini şüarlardan istifadə yeni məsələ deyil. Bir cinayətə müqəddəslik donu geyindirmək üçün onu din pərdəsi altında gizlədirlər ki, insanlarda onlara qarşı etimad yaransın. Ahlibeyt.az-ın məlumatına görə, bu sözləri Axar.az-a sosial şəbəkələrdə dini pərdə altında antiazərbaycan təbliğatının davam etdirilməsinə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. O bildirib ki, bu cür hərəkətlərin dinlə heç bir əlaqəsi yoxdur: “Din insanları sui-qəsdə, zorakılığa, qarşıdurmaya yox, barışa, dostluğa, sülhə dəvət edir. Radikallıq dinin mahiyyəti ilə daban-dabana ziddir. Azərbaycan insanı hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olub. Uzaq və yaxın tariximiz bunu göstərir. Azərbaycanın inanclı vətəndaşları hər hansı məhdud marginal qrup deyil, Azərbaycanda əsrlərlə yaşayan inancların təmsilçiləridir. Ona görə də Azərbaycan dindarını dövlətçiliyə qarşı qoymaq, din-dövlət qarşıdurması görüntüsü yaratmaq həm dövlətçiliyə, həm də dinimizə zərbədir. Bu kimi davranışların islamla heç bir əlaqəsi yoxdur. Bunu birmənalı şəkildə qeyd edirik”. H.Şahin vurğulayıb ki, bu cür şəxslərə qarşı tədbirlər görülür: “Ümumiyyətlə, Azərbaycanda radikalizm əleyhinə tədbirlər keçirilir. İstər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu tədbirlər birgə həyata keçirilir. Belə tədbirlərin bir neçəsində mən özüm də iştirak etmişəm. Artıq ali təhsil müəssisələrində, hərbi hissələrdə, cəzaçəkmə müəsisələrində mütəmadi olaraq tədbirlər keçirilir”. H.Şahin qeyd edib ki, eyni zamanda Azərbaycanda artıq İlahiyyat İnstitutu yaradılıb: “Bu institutun rəhbərliyi ilə görüşlərimiz olub və dini təhsilin perspektivləri müzakirə edilib. Gələcəkdə məhz həmin institutla ilahiyyatçılar, din xadimləri arasında əlaqələr barəsində danışılıb. Artıq bu institutda da bir seminarımız keçirilib”. H.Şahinin sözlərinə görə, Azərbaycanda radikallığın ciddi sosial bazası yoxdur və ola da bilməz: “Çünki azərbaycanlıların təsəvvüründə din zorakılıq deyil, Yaradana və yaranmışlara məhəbbətdir. Bu, bizim inancımızın əsasını təşkil edir. Ona görə də radikal cərəyanların hər hansı bir ciddi sosial bazası, dəstəyi yoxdur. Hər bir halda radikal təzahürlərə qarşı mübarizə həm hüquqi müstəvidə, həm də maarifləndirmə istiqamətində aparılmalıdır. Sistematik olaraq bu işlərin görüldüyünü də söyləyə bilərəm”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 İyul, 2018 10:36 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |