|
Misir Qəzza ilə sərhəddə Rafah keçidini bağlayırMisir Qəzza sərhədini bu gündən bağlayacağını bildirib. Ahlibeyt.az-ın məlumatına görə, Madie.az “AA”a istinadən xəbər verir ki, Misir bu gündən etibarən “Rafah” keçidini bu gündən yeni qərar qəbul edənə kimi gediş-gəliş üçün iki tərəfli bağlayacağını açıqlayıb. Misir sərhəd keçidinin hansı səbəbdən və neçə gün bağlı qalacağını açıqlamayıb. Qeyd edək ki, işğalçı İsrail rejimi də bu gündən Qəzzalıların ticarət məqsədi ilə istifadə etdiyi “Kerem Əbu Səlim “ sərhəd buraxılış məntəqəsini tamamilə bağlayacağını açıqlayıb. Xatırladaq ki, işğalçı İsrail rejimi tərəfindən blokadada saxlanılan Qəzza zolağından dünyaya 7 qapı açılır ki, onlardan 4-ü işğalçı rejim tərəfindən müxtəlif bəhanələrlə bağlı saxlanılır. Bağlı saxlanılan keçid məntəqələri bunlardır: 1. El-Avde keçid məntəqəsi - İsrail rejimi tərəfindən bağlanmamışdan öncə iş adamları və tacirlərin keçidi üçün istifadə olunurdu. 2. Karare keçid məntəqəsi - işğalçı İsrail rejim güclərinin bölgəyə giriş və çıxşışı üçün istifadə olunurdu, 2005-ci ildə İsrailin Qəzzadan geri çəkilməsinin ardından bağlandı. 3. Mintar keçid məntəqəsi - inşaat avadanlığı, ərzaq məhsulları və ixracat -idxalat üçün istifadə olunurdu. Bu qapı hazırda işğalçı İsrail rejimi tərəfindən bağlanıb. 4. Şucaiyye keçid məntəqəsi- yalnız yanacaq və qaz idxali üçün nəzərdə tutulan bu qapı İsrail tərəfindən bir dəfəlik bağlanıb.) 7 keçiddən 3-ü isə bəzi vaxtlar açıq olur: 1. Rafah keçid məntəqəsi - Misirdə 2013-cü ildə çevrilişdən sonra "təhlükəsizlik məqsədilə" bağlanıb. Misir rəsmiləri Rəfah keçidini bəlli zamnalarda bir neçə günlük açır. 2. Kerem Əbu Səlim keçid məntəqəsi - işğalçı rejim bu keçidi cümə və şənbə günləri və Yəhudi bayramlarında bağlanılır. Bəzən də Fələstinliləri cəzalandırmaq məqsədilə bağlı saxlanılır. 3. Beyt Hanun keçid məntəqəsi - işğalçı rejim bu sərhəd buraxılış məntəqəsindən hər Fələstinlinin keçməsinə icazə vermir. Çox vaxt keçmək istəklərini "təhlükəsizlik" tədbirləri adı ilə cavabsız qoyur. Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır. 2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrum edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2018 10:23 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |