|
“Nizamiyyə mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” mövzusunda tədbir keçirilib“Nizamiyyə mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” mövzusunda tədbir keçirilib Ahlibeyt.az-ın AMEA xidmətinə istinadən məlumatına görə, mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Nizamiyyə mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Folklor İnstitutunun direktoru, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Nizamiyyə mədrəsəsi haqqında məlumat verib. Qeyd edilib ki, Nizamiyyə mədrəsəsi Böyük Səlcuqlar dövründə yaranıb və vəzir Nizammülkün adı ilə bağlıdır. Bağdad Nizamiyyə mədrəsəsi orta əsrlərin ilk universiteti sayılır. Xətib Təbrizi Nizamiyyə mədrəsələri açıldıqdan sonra burada filologiyanı tədris edib və mədrəsədəki məşhur kitabxananın rəhbəri olub. Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunub. Sonra çıxış edən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu İslam mədəniyyəti ilə bağlı olan bu mövzunun aktual olduğunu bildirib. O, İslam mədəniyyətinin yaranmasında ərəblərlə yanaşı, farslar və türklərin də böyük rolu olduğunu söyləyib. AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Nizamiyyə mədrəsələrinin yaranmasından danışıb. İslam dinində həm də elmə çağırış olduğunu qeyd edən K.Bünyadzadə bu mədrəsələrin kökündə maarifçiliyin dayandığını bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2018 13:29 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |