|
|
MM-də nikah müqaviləsinin məcburi qaydada bağlanması təklif olunubNikah müqaviləsinin bağlanması məcburi qaydada olmalıdır. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməlidir: "Nikah müqaviləsinin məcburiləşdirilməsi vacibdir. Bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar”. Deputat deyib ki, Azərbaycanda boşanmaların sayı çoxalıb, bunun səbəbi məsuliyyətin olmamasıdır: “Nikah müqaviləsinin bağlanmasında könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”. Qeyd edək ki, nikah müqaviləsinin məcburiliyi əks cinslərin birgə vətəndaş nikahı ilə yaşamasını qadağan edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2018 10:53 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |