إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri

Rəbiul-əvvəl ayının 17-si İslam dünyasının ən böyük bayramlarından biridir - Allahın bəşər üçün göndərdiyi peyğəmbərlərin sonuncusu, Allahın dininin carçısı, bütün yaradılış aləminin ən üstünü olan Həzrəti Məhəmmədin (s) mövlud günüdür.

Bu axşam 20 sentyabr şam azanı zamanı Rəbiul-əvvəl ayının 17-si daxil olur.

Rəbiul-əvvəl ayının 17-si həmçinin  6-cı İmam Həzrəti Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür.

Bu günün əməlləri:

1.Qüsl etmək.

2.Oruc tutmaq(Bu gün oruc tutan şəxsin savabı il boyu oruc tutmaq savabına bərabərdir).

3.Namaz(İki rikətli namazdır; hər iki rikətdə "Fatihə" surəsindən sonra 10 dəfə "Qədr" və 10 dəfə "İxlas" surəsini  oxumaq).

4.Sədəqə vermək.

5.Hz.Məhəmməd (s) peyğəmbəri ziyarət etmək. Bu gün peyğəmbərin (s) qəbrini ziyarət etmək çox böyük savabdır. İmkanı olmayanlar onu uzaqdan ziyarət edə bilərlər. Bunun üçün dua kitablarında bir neçə ziyarət nəql olunmuşdur. Bunu da edə bilməyənlər dayandığı yerdən "Əssəlamu əleykə Ya Rəsuləllah" desələr kifayətdir.

Bu ziyarətnamə Həzrət Peyğəmbəri (s) uzaqdan ziyarət etmək üçündür. Müqəddəs Mədinə şəhərinə ziyarət gedə bilməyənlər istənilən vaxt və istənilən yerdə əziz Peyğəmbərimizi (s) bu sözlərlə salamlaya bilər. Qeyd edək ki, bu ziyarətnaməni İmam Rza (ə) öz səhabəsinə öyrədib və hər namazdan sonra oxumasını tövsiyə edib.

Ərəbcə yazılışı

اَلسَّلاٰمُ عَلَیْکَ یٰا رَسُولَ اللهِ وَرَحْمَةُ اللهِ وَبَرَکاتُهُ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا مُحَمَّدَ بْنَ عَبدِاللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا خِیَرَةَ اللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا حَبیبَ اللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا صَفْوةَ اللهِ، اَلسَّلاٰمُ عَلَیْکَ یٰا أَمینَ اللهِ، أَشْهَدُ أَنَّکَ رَسُولُ اللهِ، وَأَشْهَدُ أَنَّکَ مُحَمَّدُ بْنُ عَبدِاللهِ، وَأَشْهَدُ أَنَّکَ قَدْ نَصَحْتَ لِأُمَّتِکَ، وَجٰاهَدْتَ فی سَبیلِ رَبِّکَ، وَعَبَدْتَهُ حَتّىٰ أَتٰاکَ الْیَقینُ، فَجَزٰاکَ اللهُ یٰا رَسُولَ اللهِ أَفْضَلَ مٰا جَزىٰ نَبِیّاً عَنْ أُمَّتِهِ اَللّـٰهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، أَفْضَلَ مٰا صَلَّیْتَ عَلىٰ اِبرٰاهیمَ وَآلِ إبْرٰاهیمَ، إِنَّکَ حَمیدٌ مَجیدٌ

Tərcüməsi

Allahın salam, rəhmət və bərəkəti üzərinə olsun, ey Allahın rəsulu! Salam olsun sənə, ey Abdullahın oğlu Məhəmməd. Salam olsun sənə, ey Allahın üstünlük verdiyi kəs. Salam olsun sənə, ey Allahın sevdiyi kəs. Salam olsun sənə, ey Allahın seçdiyi kəs. Salam olsun sənə, ey Allahın etibar etdiyi kəs. Şəhadət verirəm ki, sən Allahın elçisisən. Şəhadət verirəm ki, sən Abdullahın oğlu Məhəmmədsən. Şəhadət verirəm ki, sən ümmətinə nəsihət verdin, Rəbbin yolunda çalışdın və ömrünün sonunadək Ona bəndəlik etdin. Bir peyğəmbər ümmətindən necə mükafat ala bilərsə, Allah sənə o mükafatı versin! İlahi, İbrahim və onun soyuna verdiyin ən üstün xeyir-bərəkəti Məhəmməd və onun soyuna göndər. Həqiqətən, alqış və sitayiş Sənə aiddir.

Rəvayətdə Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Hər kim mənim qəbrimi ziyarət edərsə, sanki məni sağlığımda ziyarət etmişdir. Mənim qəbrimi ziyarət edə bilməyən dayandığı yerdən mənə salam göndərsin".

6.Hz.Əlini(ə) ziyarət etmək.(Hz.Əlinin(ə) qəbrini yaxından və yaxud uzaqdan ziyarət etmək).

7. Müxtəlif savab işlər görüb Peyğəmbərə (s) və İmam Sadiqə (ə) hədiyə etmək. Məsələn, hər iki məsuma iki rikətli namaz hədiyyə etmək, yaxud onların adına ehsan vermək və s.. qəbildən olan əməllər.

8.Bu günü əziz tutmaq və qeyd etmək.(Seyyid ibn Tavus "əl-İqbal" kitabında bu günü qeyd etməyi tapşırmışdır. Çünki bu gün insanların və peyğəmbərlərin(ə) ən üstünü dünyaya gəlmişdir.

Bayramınız Mübarək

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2024  18:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!