إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Milyonlarla insanın inancı haqqında yazanda dəqiq, qərəzsiz və ədalətli olmaq lazımdır

"Din sahəsini bilən jurnalistlərimiz azdır.Dini mövzulara səthi bildikləri halda baş vuran jurnalistlərimiz isə həddindən artıq çoxdur”.

Ahlibeyt.az-ın məlumatına görə,bunu "Sherg.az”a din və media münasibətlərindən danışarkən "Xalq qəzeti”nin əməkdaşı, araşdırmaçı-jurnalist Anar Turan deyib. Jurnalist bildirib ki, bəzi jurnalistlərimiz mövzu qıtlığından əziyyət çəkirlər.

Amma özlərinə əziyyət verib araşdırma aparmaq, sanballı məqalə, təhlil materialı, köşə yazmaq istəmirlər. Bunun əvəzinə özlərini din sahəsinə müdaxilə edəcək, insanlara ağıl öyrədəcək qədər peşəkar sayırlar:

"Profil olaraq dini mövzulardan mütəmadi yazı yazmayan, ümumiyyətlə bu sahəni bilməyən qələm nümayəndələrinin belə həssas sahədən yazmalarını doğru hesab etmirəm. Çünki hər bir sahənin öz ağırlığı var. Xüsusilə din mövzusu öz ağırlığı və tələbləri ilə seçilir. Məsələn bir jurnalist hüquq, iqtisadiyyat, ədəbiyyat, sosioloji mövzularda yazı yazsa, araşdırma aparıb yanlışlığıa yol versə bunu düzəltmək, tez aradan qaldırmaq mümkündür. Lakin dini mövzularda bu səhvləri düzəltək çətindir. Çünki milyonlarla insanın inancı haqqında, dəyər bildiyi şəxsiyyətləri, ibadət qaydaları, mərasimləri haqqında yazanda mütləq dəqiq, qərəzsiz və ədalətli olmaq lazımdır. Çünki kiçik bir səhvlə jurnalistin imici korlana bilər və hətta özü üçün də təhlükəyə çevrilər.

Dini mövzularda qərəzli yazan hansısa media nümayəndəsi ilk öncə düşünməlidir ki, bu elementar peşə etikasına ziddir. Üstəlik xalqın, toplumun dəyərlərinə hörmətsizlikdir. Bu halda o haqlı olaraq kütləvi tənqid oluna bilər, hətta ona hansısa fanatiklər hücum da edə bilərlər. Bu baxımdan jurnalist həssas mövzularda ehtiyatla davranmalıdır. Məqsədi maarifləndirməkdirsə, bir neçə ilahiyyatçıdan müsahibə almalı, heç olmasa elementar dini biliklərə sahib olmalı və müqayisələr verməliir”.

A.Turanın sözlərinə görə, ən vacib məqam odur ki, müxbir islam yox, ayrı din mənsubu olsa, yaxud dinsiz, ateist olsa belə peşə etikasını pozmamalı və mənəvi dəyərlərə hücum xarakterli niyyətdən uzaq olmalıdır:

"Hazırda jurnalistlərimizin içində təəssüf ki, bu cür insanlar az da olsa var. Baxırsan ki, neçə ilin media nümayənsədir, hətta baş redaktordur, amma yazılarında, sosial şəbəkələrdə dini dəyərləri təhqir edir və ya öz aləmində guya təftiş edir. Nəticədə cəmiyyət tərəfindən ikrahla qarşılanır və ilk öncə peşə etikasını pozur. Belə jurnalist növbəti dəfə hətta keyfiyyətli "məhsul” da orataya qoymağa çalışsa, ona inanmayacaqlar, etibar etməyəcəklər”.

Ekspertə görə, məsələni tənzimləmək üçün nəinki dindən yazan, hətta bu sahədən yazmayan jurnalistlərimizin elementar dini biliklərə yiyələnmələri üçün kurslar təşkil edilməlidir:

"Bu kurslar xüsusilə mədəniyyət, sosial, siyasət sahəsindən yazan jurnalistlərimiz üşün aktual olmalıdır. Bu işdə jurnalistika, media sahəsində ixtisaslaşmaış QHT-lər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi layihələr irəli sürə bilərlər, və ya toplantılar, təlimlər təşkil edə bilərlər”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2017  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!