|
Bakıda kitab nəşri və rəqəmsal nəşriyyat mövzusunda beynəlxalq seminar keçirilirAzərbaycanın Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə Bakıda “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminar keçirilib. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, Seminarda elektron kitabın və rəqəmli inqilabın çağırışları, elektron kitabxanalarda yaranan durumla bağlı müəllif hüquqları problemləri müzakirə ediləcək. Azərbaycanın Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov açılış mərasimində çıxış edərək bildirib ki, Azərbaycan innovativ inkişafa qədəm qoyur, bu isə əqli mülkiyyətə diqqətin artması deməkdir: "Rəqəmli texnologiyalar tərəqqidə təsəvvür edilməz dərəcədə imkanlar yaradıb: “Lakin, baxmayaraq ki, rəqəmli texnologiyaların yeni formatları ədəbiyyatın və dövrü nəşrlərin çapında ixtisaslaşan nəşriyyat sahəsini nəzərəçarpan dərəcədə genişləndirərək, naşirlərə oxucunun yerindən və zövqündən asılı olmayaraq, daha böyük auditoriyaya yol açıb. Elektron nəşrlər bazarı son 10 ildə getdikcə genişlənərək, hal-hazırda Avropa bazarında elektron kitab nəşri çap üsulu ilə ümumi nəşrlərin 3%-dən 15%-ə qədərini təşkil edir. Avropa istehlakçılarının əlçatımlığına 2,5 mln. elektron kitab təqdim edilir, bunları almaq, abonent kimi istifadə etmək və axın veriliş rejimində əldə etmək imkanları vardır və bu bazarın dəyəri 114 mlrd. avro təşkil edərək, əyləncə və KİV bazarındakı xərclərin artıq 15%-i ilə ölçülür”. Agentlik sədri bildirib ki, elektron kitablar çərçivəsində dərsliklər, elmi kitablardan başlayaraq, kulinar və uşaqlar üçün ədəbiyyat əldə etmək mümkündür: “Azərbaycanda 7 nəşriyyat elektron kitab nəşr edir, 79 jurnal və qəzetlər çap versiyası ilə yanaşı, elektron versiyadan da istifadə edirlər, kitabların elektron satışını təşkil edirlər. Kitabxanalarımız rəqəmləşib. Xüsusilə Təhsil Nazirliyinin elektron dərsliklərinin İnternetdə açıq (CC – Kreativ Kommons) rejimdə təklif olunduğu qeyd edilməlidir”. Seminarın sonunda “Elektron nəşrlər və müəllif-hüquq problemləri”, "Elektron kitabxanalar və elektron-kitabxana sistemləri" mövzularında təqdimatlar olub. Qeyd olunub ki, nəşr işi müxtəlif təhsil, əyləncə və informasiya-maarifçi funksiyalarını yerinə yetirərək düzgün seçilmiş biznes modeli əsasında müəlliflərə və kontentin yaradıcılarına əqli fəaliyyət nəticələrinin satışından gəlir əldə etmək imkanlarını yaradır. K.İmanov vurğulayıb ki, rəqəmli texnologiyalar isə öz yeni və maraqlı formatları ilə nəşr fəaliyyətinin sferasını daha da genişləndirərək, naşirlərə oxucunun yerindən və dövründən asılı olmayaraq, daha böyük auditoriyaya yol açır. Təqdimatda Avropada, o cümlədən Azərbaycanda nəşr bazarının vəziyyəti, ixtisaslaşmış mövcüd formaları və meyilləri araşdırılıb, elektron ticarətin elektron nəşrlərə təsiri müəyyən edilib və yeni nəşr biznes-modelləri müzakirə edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2017 14:57 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |