إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür

Həzrəti Fatimeyi-Zəhra(s.ə)nın mübarək mövludu günü münasibəti ilə bütün müsəlmanları təbrik edirik

Həzrəti Məhəmməd (s) buyurur: Ey Fatimə! Hər kəs sənə salavat göndərsə ALLAH onu bağışlar və cənnətin harasında olsam belə onu mənimlə bərabər edər.

Xanım Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü Xanımlar bayramı kimi də qeyd edilir.

Fatimeyi-Zəhranın(s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

Allah öz rəsuluna  əmr edir ki, 40 gün xanımı Xədicədən uzaq dayansın, oruc tutsun və behişt meyvəsi ilə iftarını açsın. Deməli, bu uşaq cənnət meyvəsindən əmələ gəlib, bu baxımdan onun cismi də başqalarından fərqlənməlidir. Ruhi keyfiyyətlərinə gəldikdə isə, Peyğəmbərimizn (s) onu ilahi nurlardan bir nur adlandırır.

Fatimeyi- Zəhranın (s) ləqəblərindən biri “İnsiyyətul- həvra” (huri insan) idi. Bu özünü əsl mənasında huri demək deyil, əsl mənası budur ki, o bütün dəyərlər və ülvülükləri öz varlıq və vücudunda birlşdirən, lakin insan şəkilnə salınmış bir mövcuddur.

Allah belə bir varlığı qadın timsalında yaradıb,təzahür etirib. Qadınlar nə qədər fəxr etməli və öyünməlidirlər. Qadınlar öz dəyr və qiymətlərin bilməlidirlər, çünki Allah öz dərgahında olan  ən qiymətli bir varlığı- yəni Həzrəti Zəhranı öz həbibi, aləmlərin və məxluqların Əşrəfi olan Həzrtə Rəsulullaha (s) hədiyyə vermək və əta etmək istədikdə onu qadın şəkilində yaradır.

Həzrəti Məhəmməd(s) buyurur: “Allah-təala Fatimənin nurunu şölə saçan bir məşəl kimi xəlq etdi, sonra onu ərşin ətrafına asdı. Asimanı və yerin üzünü Fatimənin nuru ilə işıqlandırdı. Ona görə də Fatiməni Ərşdə Zəhra adlandırdı. Mələklər Allaha bu nura görə təsbih deyirdilər. Allah-təala buyurdu: İzzət və cəlalıma and içirəm ki, bu təsbihlərin səvabını Qiyamətin gününə qədər Fatiməni, Atasını, onun ərini və övladlarını sevənlərə əta edəcəyəm.”

Fatimeyi - Zəharanın (s) ləqəblərndən biri də “Ümmül- xilqət” dir.“Ümm” ərəb dilində ana mənasınadır. Ümmün başaq bir mənası da “icad etmək ”dir. Neçə ki, idmançıalrın dilində belə bir söz var, deyirlər: qaçış bütün idmanların anasıdır.

Peyğəmbərin (s) sözünün də belə bir ali və uca məna və məfhumu vardır - Allahın bəşəriyyətə vermək istədiyi bütün dəyərlər onda gizləndiyindən və yerləşdirildiyindən  Həzrəti Zəhra(s) Xilqətin anası, yəni Ummul- xilqətdir.

Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi».

Xanım Zəhranın(s.ə) şəxsiyyəti o qədər əzəmətlidir ki, Hz.Cəbrayıl(ə) onun evinə nazil olur, onu ziyarət edirdi. Necə Hz.Məryəmlə(s.ə) Allah danışırdı, o cür də Allah Xanım Zəhra(s.ə) ilə də danışırdı. Xanım Zəhra(s.ə) o qədər əzəmətli şəxsiyyət idi ki, Peyğəmbər(s) onun dünyaya gəlməsi üçün 40 gün Allahın əmriylə dünyadan uzaqlaşıb 40 gün ibadətlə məşğul oldu. Sonra Allah Cənnətdən meyvə göndərdi, Peyğəmbər(s) o meyvədən yedi və o gecə xanım Zəhranın(s.ə) nütfəsi bağlandı. Onun şəninə “Təthir” ayəsi,  “Kövsər” surəsi nazil olmuşdur. Hər zaman Hz.Fatimə(s.ə) otağa daxil olanda Peyğəmbər(s) ayağa qalxıb onu qarşılayırdı. Bu öz qızına hörmətə görə deyildi. Bu Xanım Zəhranın(s) əzəmətinə və Allah yanıında məqamına görə idi. Peyğəmbər(s) həm özü ona təzim edirdi  həm də dərs verirdi ki, görün Zəhra(s.ə) kimdir ki, ən üstün insan onun ayağına durur və ona ehtiram edir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2017  11:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!