|
Maksim Şevçenko: “Qarabağ münaqişəsi yalnız Rusiya-Türkiyə-İran formatının inkişafı ilə həll edilə bilər”Martın 14-də Bakıda Qafqaz Tarix Mərkəzinin təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, konfransda tarixi məsələlər, beynəlxalq dialoqun genişləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması istiqamətində Azərbaycan-Ermənistan dialoqunun təşkilinə dair fikir mübadiləsi aparılıb. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin Siyasi araşdırmalar, analitik təhlil sektorunun müdiri Fuad Axundov Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu xatırladaraq bildirib ki, torpaqların işğaldan azad edilməsinin vaxtı çatıb: “Erməni xalqı müdrik xalqdır. İnternetdə yayılan informasiyalardan da görürük ki, artıq onlar rasional mövqe ortaya qoymağa başlayıblar. Bu gün bu tədbirdə erməni fəalları iştirak edirlər. Mən onlara xüsusi təşəkkür edirəm”. Tədbirdə çıxış edən Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsinin yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə biləcəyini vurğulayıb. M. Şevçenko bildirib ki, ATƏT-in Minsk qrupunun üzvləri, xüsusən ABŞ münaqişənin həllində maraqlı deyil: “Münaqişənin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün məcburi köçkünlərin qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir. Münaqişənin hərbi həlli yoxdur. Eskalasiya Gürcüstan, Rusiya və NATO ölkələrinin ərazisində birbaşa münaqişəyə səbəb olacaq. Ermənistan Rusiyaya qədər dəhliz tələb edəcək, Gürcüstan NATO-ya müraciət edəcək. Rusiya regionda öz maraqlarını qorumaq üçün hərəkətə başlayacaq. Azərbaycan üçün bu, İran və Rusiya arasında qalmaq, eləcə də öz aktivlərini və Rusiyada olan siyasi təsirini təhlükə altına qoymaq deməkdir. Ən yaxşı format “üçbucağ”ın yeni nəzarət komissiyalarının yaradılmasıdır ki, buna da Qərb heç vaxt imkan verməyəcək. Buna görə də daimi hərbi eskalasiya ilə humanitar əlaqələr yaxın gələcəkdə gündəlikdə olacaq”. M. Şevçenko qeyd edib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır: “Buna görə də Rusiya balanslaşdırılmış siyasət aparmalıdır. Bununla yanaşı, mən hazırda Ermənistanda mövcud problemlərə də böyük həyəcanla yanaşıram”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2017 12:57 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |