|
Bu gün Xanım Məsumənin(s.ə) vəfat günüdürBu gün hicri-qəməri tarixi ilə rəbiüs-sani ayının 10-u xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür İmam Rza(ə) buyurmuşdur: "Hər kim Fatiməni Qumda ziyarət edərsə, sanki məni ziyarət etmişdir". Yeddinci İmam Musa Kazımın (ə) qızı olan həzrət Fatimə Məsumə (s.ə) hicri 173-cü il(miladi 795), Zilqədə ayının 1-ində Mədinə şəhərində dünyaya göz açıb. Atası yeddinci İmamımız İmam Museyi Kazim(ə)-dır. Anası Nəcmə xatundur. Qardaşı, səkkizinci İmamımız İmam Rzadır (ə).Elə uşaq ikən atası İmam Museyi Kazim, Abbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rzanın(ə) himayəsi altında böyümüşdür . Ad və ləqəbləri: Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. "Kərimeyi Əhli-beyt" kitabından verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib. Xanımın başqa ləqəbləri də vardır. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür-Rza. ("Ənvarul-muşəşəəyn", cild 1, sə. 211) Yeddinci əsrdə yaşamış sünnü alimi İbn Covzi İmam Kazimin (ə) övladları arasında Fatimə adı ilə dörd qız uşağını qeyd etmişdir. 1)Fatimeyi-Kubra. 2)Fatimeyi-Suğra. 3)Fatimeyi-Vusta. 4)Fatimeyi-Uxra. ("Təzkiratul-xəvas" , səh. 315 və "Biharul-ənvar", cild. 48, səh. 137) Qeyd etmək lazımdir ki, Fatimeyi-Kubra, həmin həzrərti Məsumədir. Qəbri İranın Qum şəhərində yerləşir. Fatimeyi-Suğra isə, Bibi-Heybət adı ilə tanınmışdır. Müqəddəs məzarı, Bakı şəhərindədir. ("Biharul-ənvar", cild 48, səhifə 317) Fatimeyi-Uxra, tarixdə İmam bacısı ləqəbi ilə tanınmışdır.O,İranın Rəşt şəhərində dəfn olunub. ("Biharul-ənvar" cild-48, səhifə 286 və 317) Sitti-Fatimə ləqəbi ilə tanınmış Fatimeyi-Vustadır. Qəbri İranın İsfəhan şəhərində yerləşir. Fatimeyi-Məsumə bacıları arasında ən böyüyü olduğu üçün, Fatimeyi-Kubra adlanıb. Hicri qəməri 200-cü ildə (miladi 823) İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun təkid və təhdidindən sonra, qohum-əqrabasız Mərvə tərəf getməyə məcbur oldu. Qardaşından ayrı düşən Məsumə, bir müddətdən sonra onu görmək üçün bacı-qardaşlari və yaxın adamlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün məntəqələrdə camaat onları böyük coşqu və təntənə ilə qarşılayıb, məhəbbət göstərirdilər. Kərbəla qəhrəmanı Xanım Zeynəb (s.ə), qardaşı İmam Hüseynin (ə) haqqını müdafiə etdiyi kimi, bu xanım da qardaşı İmam Rzanın (ə) Məmun tərəfindən məruz qaldığı zülmündən, sürgün olunduğundan və Məmunun Əhli-beytə qarşı olunan hiyləgərliyini ifşa edirdi. Karvan, Savə şəhərinə çatdıqda qabaqcadan hazırlanmış bir dəstə məmur karvana hücum edib, bütün kişiləri şəhadətə yetirdilər. Bir rəvayətə əsasən, hətta Xanım Məsuməni (s.ə) zəhərləyirlər. Hər-halda o, ya qəm-qüssədən, və ya zəhərlənmə nəticəsində xəstələnib Xorasana gedə bilmir.Xorasana gedə bilmədiyini görən Xanım Məsumə(s.ə) ətrafındakılardan Savə məntəqəsindən Qum şəhərinə qədər olan məsafəni öyrənəndən sonra, buyurdu: "Məni Qum şəhərinə aparın. Atamdan eşitdim ki, Qum şəhəri şiələrimizin şəhəridir". Xanım Qum şəhərinə daxil olduqda xalq tərəfindən təntənə ilə qarşılanır və 10 gün keçdikdən sonra əbədiyyətə qovuşur. Rəvayətlərə görə, Xanım Məsumə (s.ə) hicri qəməri tarixi ilə 201-ci ilin (miladi 824) rəbius-sani ayının onu və ya on ikisi qardaşı İmam Rzanı (ə) görmədən qürbətdə böyük qəm-qüssə ilə dünyasını dəyişir və şiələri matəmə qərq edir. Qəbrı hal hazırda Qum şəhərində ziyarətgahına çevrilmışdır. İmam Sadiq (ə) buyurmuşdur: " Allahın evi Məkkə, həzrət Peyğəmbərin (s) evi Mədinə, Əmirəlmöminin Əlinin (ə) evi Küfə, mənim və övladlarımın evi Qum şəhəridir.( Biharul -ənvar, c60, səh 266) İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2020 10:56 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |