|
İmam Zamana(ə.f) dogru aparacaq səbəblərə tərəf getməliyik İntizar mədəniyyəti ümüd və hərəkət verir - İmam Zaman (ə)-ın gəlişini gözləmək gözəl bir iş sayılır, bundan əlavə insanda hərəkət və dinamikayada səbəb olur, çünki intizar sükut etmək deyildir, hərəkət və dinamika yaradacaq bir mədəniyyətdir.
Ahlibeyt.az-ın Shabestan-a istinadən məlumatına görə,bunu Höccətül-islam Seyyid Hüseyn Mömini Cəmkəran məscidində etdiyi xütbə zamanı bildirib.
Din xadimi intizar mədəniyyətindən danışaraq qeyd edib ki,intizar gözlənti ümidsüzliklə bir araya gəlmir.
Seyyid Hüseyn Mömini İmam Zaman(ə.f)ın qeybi dövründə onun gəlişinin intizarının gözləntisində olanlara tövsiyyələrində bildirib:
"Hədislərimizdə və alimlərimizin həyatında göstərilir ki, intizar mədəniyyəti həyatda yeganə ümid çıragı və yoludur. İmam Zaman (ə)-ın gəlişini gözləmək gözəl bir iş sayılır, bundan əlavə insanda hərəkət və dinamikayada səbəb olur, çünki intizar sükut etmək deyildir, hərəkət və dinamika yaradacaq bir mədəniyyətdir.
İmam Zaman (ə)-a dogru aparacaq səbəblərə tərəf getməliyik, onlardan da biri Allaha bəndəçilik və Allahdan qorxmaqdır. İmam Zaman (ə) və ona təvəssül edən şəxslər dünyanın insanda yaratdıgı süslük, pərişanlıq və qəmlilikdən uzaqdırlar. Onların daxilində nişat və ruhlarında sakitlik vardır.
Cümə günü İmam Zaman (ə)-ın günü kimi qeyd edilir və bu gün İmam Zaman (ə) günü sayılır ,səbəb məlumdur: intizar amilini gücləndirmək günü, çünki intizar insanı zahiri ölməkdən, ölü həyatdan qoruyub saxlıyır.
O daha sonra bildirdi ki, İmam Zaman (ə) hamıdan bizə çox daha mehriban və ürəyiyanandır. Əgər biz onu yada salmasaqda o bizi həmişə yadına salır və bizim üçün dua edir. Deməli lazımdır ki, özümüzü və övladlarımızı ona tapşıraq ki, bu təlatümlərdə bizim əlimizdən tutub bizi xilas etsin."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Dekabr, 2016 15:10 ⁄ Çap
Bu bölmədə15 Mart, 2025 Bu gün İmam Həsən Müctəbanın mübarək mövlud günüdür10 Fevral, 2025 Bu gün Hz.Əli Əkbərin(ə) mövlud günüdür4 Fevral, 2025 Bu gün İmam Səccadın(ə) mübarək mövlud günüdür2 Fevral, 2025 Bu gün İmam Hüseynin(ə) mübarək movlud günüdür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |