|
İslam dünyası Həzrət Məhəmməd(s)ın "Mövlud həftəsi"ni qeyd edirAhlibeyt.az saytı adından rəbiul-əvvəl ayının 12-də Peyğəmbərin mübarək mövlud gününü qeyd edən bütün müsəlmanları təbrik edirik Həzrət Məhəmmədin doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiül əvvəl ayının 12-si və 17-si qeyd olunur.Bu münasibətlə mövlud günləri hər il həftə ərzində qeyd olunur və mövlud həftəsi adlandırılır. “Vəhdət həftəsi” artıq başlayıb və bir sıra müsəlman ölkələrində ənənəvi mövlud tədbirləri, mərasimlər keçirilir. Vəhdət həftəsi müsəlman dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli proqramların icrası üçün münasib fürsət yaranır. Vəhdət peyğəmbərlərin mirasıdır və cəhalət qaranlığı vəhdət nuru ilə işıqlanır.Səy göstərməliyik ki,"Vəhdət həftəsi" vastəsi ilə biganələrin təfriqə planları al-üst edilsin. Müsəlmanlar Quran, sünnə, Peyğəmbər təlimlərini hifz etməlidirlər. İnsan yalnız Allah və onun rəsuluna tabe olmaqla doğru yolu tuta bilər.Müsəlmanlar vahid ümmətdir və müştərək dəyərlər müsəlmanların iftixarıdır.Əgər müsəlmanlar tarix boyu bir olsaydılar, İslam və Quran göstərişlərinə əməl etsəydilər, düşmənin hiylələri puça çıxardı və müsəlmanlar vahid bir ümmət kimi təşəkkül tapardılar. Əhli-sünnə məzhəbi Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiüləvvəl ayının 12-də qeyd edilir.Şiə məzhəbi alimləri fərqli rəvayətlərə əsaslanaraq, mövlud gününün rəbiüləvvəl ayının 17-ə təsadüf etdiyini qeyd edirlər. Bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri miladi təqvimi ilə 12-17 dekabra təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti- Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb. Qeyd edək ki,20-ci əsrin böyük İslam alimlərindən olan mərhum Ayətullah Ruhullah Xomeyni 1981-ci ildə Həzrəti Məhəmməd(s)ın mübarək mövludu olan 12-17 Rəbiul-əvvəl tarixlərini müsəlmanların birliyi naminə "Vəhdət həftəsi" adlandıraraq həftə ərzində qeyd etməyə səslədi.O zamandan başlayaraq 12-17 Rəbiul-əvvəl "Vəhdət Həftəsi" adında qeyd olunmaqdadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2016 12:19 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |