|
Bu gün İmam Museyi Kazim(ə)ın mübarək mövlud günüdürBu gün Səfər ayının 7-si İmam Museyi Kazimin (ə) mövlud günüdür - Bu mövlud münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik. Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə İmam Cəfər Sadiq (ə)-ın ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bunun 35-ilini müsəlmanlara imamlıq edib. Hicrətin 128-ci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində dörd xəlifənin hakimiyyətinə təsadüf etmişdir. Mənsur Dəvaniqi (137-158)- hicri qəməri tarixi Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169); Musa − Hadi adı ilə tanınmış (169-170); Harun Ər-Rəşid (170-193). İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər. Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hakimiyyət dairəsinin genişliyi,imkanlarının çox olmasına baxmayaraq, qəlblərin İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur. Harun hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddət İmam (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən onu başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan nəzarətçilərindən İmamı (ə) öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın sahibi Sind (l.ə) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı. Harun çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və həm özünə bəraət qazansın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər cəsədinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam (ə) xalqın matəm və əzası altında İraqda Kazimeyndə torpağa tapşırıldı. Bu gün İmamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak hərəmi milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2022 11:05 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |