|
Bu gün Hz. Əli Əkbərin (ə) mövlud günüdürBu gün - Hicri- qəməri tarixi ilə Şaban ayının 11-i müsəlmanların üçüncü imamı – imam Hüseynin (ə) böyük oğlu Hz. Əli Əkbər (ə) mövlud günüdür. Şeyx Cəfər Şüştəri,"Xəsaisül-Hüseyniyyə" kitabında yazır: İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!" Rəvayətlərə görə, Əli Əkbər (ə) istər zahirən, istərsə də davranışları və əxlaqı ilə Peyğəmbərə (ə) çox bənzəyirmiş. Deyilənlərə əsasən, bu oxşarlıq o həddə çatmışdı ki, imam Hüseynin (ə) övladı Kərbəlada meydana gedəndə düşmən qoşunu sıralarında təşviş yaranıb: onlar elə hesab ediblər ki, Peyğəmbər (s) özü meydana gəlir. Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Abbas (ə) və oğlu Əli Əkbər (ə) qadınlar və uşaqların mühafizəsinə rəhbərlik edir, lazım gələndə suyun qarşısının düşmən tərəfindən kəsilməsinə baxmayaraq, böyük şücaət nümayiş etdirərək, mühasirədə olanlara su gətirirdilər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2016 14:00 ⁄ Çap
Bu bölmədə9 Sentyabr, 2025 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür4 Sentyabr, 2025 İslam dünyası Həzrət Məhəmmədin (s) “Mövlud həftəsi”ni qeyd edir1 Sentyabr, 2025 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür23 Avqust, 2025 Bu gün İmam Rzanın(ə) şəhadət günüdür |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |