|
Komitə sədri: Bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdən keçirMartın 11-də Azərbaycan Universitetində “İslam dini və müasir gənclik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı, Universitetin rektoru professor Fərid Əhmədov, Universitetin tələbə və müəllim heyəti, ziyalılar iştirak ediblər. Ahlibeyt.az-ın Sia-ya istinadən məlumatına görə,giriş sözü ilə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov müasir gəncliyimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb. Rektor diqqətə çatdırıb ki, İslam dininin gələcəyi üçün gənclərin imanlı böyüməsi vacibdir: “Bu gün dinimizə bağlanan insanların böyük əksəriyyətinin orta təbəqənin nümayəndələri olmasına baxmayaraq gənclərimizdə də dinimizə sevgisi az deyildir. Müqəddəs dinimiz olan İslam dini gəncliyə və gənclərin püxtələşməsinə çox böyük diqqət vermişdir. Ona görə də məhz gənclərin düzgün dini maarifləndirilməsinə cəmiyyətimiz biganə qalmamalı, onları düzgün şəkildə istiqamətləndirməlidirlər. Bu sahədə xüsusən bölgələrdə, o cümlədən də ali təhsil ocaqlarında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülməlidir”. DQİDK sədri,ini Mübariz Qurbanlı ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli - mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən bəhs edib. M.Qurbanlı bildirib ki, ölkəmizdə tarixən tolerantlıq mühiti, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb: “Bu gün də dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanaraq beynəlxalq hüquqi normalarla tənzimlənir. Bununla bağlı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə dinlərarası münasibətlər fonunda hər kəsin dini etiqad azadlığı qorunur. Azərbaycan İslam siviliziyasının tərkib hissəsi olmaqla yanaşı, həmçinin, dini xürafata və geriliyə qarşı mübarizə aparan ölkədir. Bu baxımdan da Azərbaycanın İslam maarifçiliyinin inkişafında rolu danılmazdır”. Dövlət Komitəsinin sədri onu da qeyd edib ki, bu gün dünyada bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər: “Avropada müxtəlif qruplar meydana gəlib ki, onlar İslam əleyhinə çağırışlar edirlər. Bu kimi halların qarşısını almaq üçün dini maarifçilik böyük əhəmiyyət daşıyır. İslam maarifçiyində İslam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Buraya elm, tədris mərkəzlərini cəlb etmək doğru olar. Azərbaycanda İslamşünaslıq elmi yeni inkişaf mərhələsinə daxil olduğu üçün biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda milli kadrlarımızı yetişdirməliyik. Hesab edirəm ki, İslam dəyərlərinin təbliğində Azərbaycan alimlərinin, islamşünasların tədqiqatlarına ehtiyac var”. M.Qurbanlı əlavə edib ki, Azərbaycan İslam dünyasının bir parçasıdır: “Ölkə əhalisinin 96 % müsəlmandır. Qalan hissəsi isə müxtəlif dinlərin nümayəndələridir. Yəni Azərbaycanda aparıcı din İslam dini olsa da başqa dinlərə də eyni hörmətlə yanaşılır. Dünyəvi dövlət olduğumuz üçün din dövlətin işlərinə birbaşa müdaxilə edə bilmir. Ölkələr var ki, dini qaydalar dövlətin idarəçiliyində birbaşa rola malikdir və orada din tam şəkildə nəzərə alınır. Amma Azərbaycanda bu fərqlidir. Din-dövlət münasibətlərinin tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında öz əksini tapır. Hesab edirəm ki, gənclərimiz bununla yaxından tanış olmalı, din dövlət münasibətləri haqqında geniş məlumata malik olmalıdırlar”. Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mövzu ilə əlaqədar tələbələrin suallarını cavablandırıb. Tədbir diskussiya şəraitində başa çatıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Mart, 2016 11:18 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |