إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İslam dünyası Həzrət Məhəmməd(s)ın "Mövlud həftəsi"ni qeyd edir

Ahlibeyt.az saytı adından rəbiul-əvvəl ayının 12-də Peyğəmbərin mübarək mövlud gününü qeyd edən bütün müsəlmanları təbrik edirik

Həzrət Məhəmmədin doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiül əvvəl ayının 12-si və 17-si qeyd olunur.Bu münasibətlə mövlud günləri hər il həftə ərzində qeyd olunur və mövlud həftəsi adlandırılır. “Vəhdət həftəsi” artıq başlayıb və bir sıra müsəlman ölkələrində ənənəvi mövlud tədbirləri, mərasimlər keçirilir. Vəhdət həftəsi müsəlman dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli proqramların icrası üçün münasib fürsət yaranır.

Vəhdət peyğəmbərlərin mirasıdır və cəhalət qaranlığı vəhdət nuru ilə işıqlanır.Səy göstərməliyik ki,"Vəhdət həftəsi" vastəsi ilə biganələrin təfriqə planları al-üst edilsin. Müsəlmanlar Quran, sünnə, Peyğəmbər təlimlərini hifz etməlidirlər. İnsan yalnız Allah və onun rəsuluna tabe olmaqla doğru yolu tuta bilər.Müsəlmanlar vahid ümmətdir və müştərək dəyərlər müsəlmanların iftixarıdır.Əgər müsəlmanlar tarix boyu bir olsaydılar, İslam və Quran göstərişlərinə əməl etsəydilər, düşmənin hiylələri puça çıxardı və müsəlmanlar vahid bir ümmət kimi təşəkkül tapardılar.

Bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri bəzi ölkələrdə rəbbiül əvvəl ayının bir gün tez daxil olması ilə əlaqədar  23-29 dekabra təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti- Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb.

Qeyd edək ki,20-ci əsrin böyük İslam alimlərindən olan mərhum Ayətullah Ruhullah Xomeyni 1981-ci ildə Həzrəti Məhəmməd(s)ın mübarək mövludu olan 12-17 Rəbiul-əvvəl tarixlərini müsəlmanların birliyi naminə "Vəhdət həftəsi" adlandıraraq həftə ərzində qeyd etməyə səslədi.O zamandan başlayaraq 12-17 Rəbiul-əvvəl "Vəhdət Həftəsi" adında qeyd olunmaqdadır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2015  10:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!