|
Gənclər necə fanatizmə yönəlir - Yaşıl orta"Fanatizmin müxtəlif formaları mövcuddur. Tarix boyu bəşəriyyət fərqli fanatik qruplaşmaların, fanatik yanaşmaların şahidi olub. Fanatizmin bölgüsünü aparsaq, bura idman, siyasət, din kimi faktorların daxil olduğunu görərək. Ən qədimi isə din faktorudur"
Ahlibeyt.az-ın ApaTv-yə istinadən məlumatına görə, bu barədə Dini Qurumlarla İz üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, dini səpkidə olan fanatizmin istiqamətini əsasən 2 formada müəyyənləşdirmək olar: "Birinci formada kütlə psixologiyası və psixoloji yanaşması, ikinci halda isə fərdi psixoloji yanaşma əsas götürülür".
Ə.Zülfüqarov fanatizm terminin tarixi haqqında da məlumat verib: " Elmi ritorikada "fanatizm" sözü ilk dəfə XVII əsrdə fransız keşiş tərəfindən işlədilib. "Fanatizm" latın sözü olub, əsasən kütlük, coşmaq mənalarını bildirir. Fanatiklər özləri ilə eyni dəyərlərə inanmayan, etiqad etməyən insanlara qarşı olurlar. Dini fanatiklik öz etiqadından kənar etiqadların mövcudluğunu qəbul etmir".
Verilişdə iştirak edən digər ilahiyyatçı, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov da mövzu ilə bağlı fikirlərini bölüşdü. O bildirdi ki, islam bütün hallarda fanatizmi qəbul etmir: "Heç şübhəsiz ki, sonuncu səmavi din olan islamın fanatizmə münasibəti birmənalı olaraq mənfidir. Lakin əfsuslar olsun ki, bu gün digər dinlərə mənsub olan insanlar kimi müsəlman aləmində də islamı fanatikcə qəbul edib, yaşayanlar var. Allah "Qurani-Kərim"də islam ümmətini orta ümmət deyə qərar verib. Dinimiz hər zaman orta mövqeyi seçməyi buyurur".
N.Məmmədov əlavə etdi ki, bu gün islam coğrafiyasında istər dini yaşamda, istərsə də müxtəlif sosial məsələlərdə fanatizm müşahidə olunur: " Dünyada baş verən radikallıq da əslində fanatizmin bir növüdür. Bu da dinə ifrat dərəcədə yanaşmadan, dini doğru anlamamaqdan irəli gəlir. Prinsip etibarı ilə fanatizmi meydana gətirən müxtəlif səbəblər var. Bunları müxtəlif kateqoriyalara bölmək olar. Bəzi mütəxəssislər fanatizmin yaranmasını savadsızlıqda, cahillikdə, dini maariflənmənin zəif olmasında görürlər. Əslində bu hal insanın həm də psixoloji durumu ilə də bağlıdır. Cəmiyyətimizdə dini fanatizmə aid halların şahidi olmuşuq. Xüsusən də ilk müstəqillik illərində Məhərrəmlik mərasimlərində baş yarmaq, zəncir vurmaqla qan çıxarmaq kimi mərasimlər keçirilirdi. Bu da dini fanatizmin əslində bir növüdür. Lakin son illər dini maarifləndirmə artdıqca, insanlara həqiqi islam, Məhərrəmlik mərasimlərinin mahiyyəti izah olunduqca, bu cür halların tədricən azaldığını görürük". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2015 11:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |