إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İşğal altındakı tariximiz və mənəvi sərvətlərimizimiz - Qubadlı

Bu gün - avqustun 31-i Qubadlı rayonunun erməni qəsbkarları tərəfindən işğalı günüdür. Rayon 1993-cü ildə erməni işğalçılarının əlinə keçib

Ahlibeyt.az-ın məlumatına görə Qubadlı rayonu 1930-cu ildə yaradılıb. ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub.

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1  yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.

Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.

Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

 

Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır :

ibadətgallar

Mağara məbədi (IV əsr) – Gavur dərəsi

Mağara məbədi (XIV əsr) – Əlquluuşağı kəndi

Məbəd (XV-XVI əsrlər) – Məmər kəndi

Məscidin qalıqları (XV-XVI əsrlər) – Xələc kəndi

Məscid (XVIII əsr) – Yusifbəyli kəndi

Məscid (XVIII əsr) – Mollalı kəndi

Məscid (XVIII əsr) – Mirlər kəndi

Məscid (XVIII əsr) – Məmər kəndi

Məscid (XIX əsr) – Dondarlı kəndi

Məscid (XIX əsr) – Dəmirçilər kəndi

Məscid (XIX əsr) – Mahrızlı kəndi

Mağara ibadətgah – Əlquluuşağı kəndi

Alban kilsələri və abidələri – Yuxarı Cibikli kəndi


Ziyarətgahları


Türbə (XIV əsr) – Dəmirçilər kəndi

Türbə (XIV əsr) – Dəmirçilər kəndi

Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü

Türbə (XVII əsr) – Dəmirçilər kəndi

Türbə (XVII əsr) – Gürcülü kəndi

Türbə (XVIII əsr) – Xocamsaxlı kəndi

Türbə (XVIII əsr) – Boynakərə kəndi

İmamzadə - Cılfır kəndi

Mir Sədi ağa ocağı – Mirlər kəndi

Ağ hasar piri – Mirlər kəndi

Mirmehdi ağa piri – Dondarlı kəndi

Armudlu piri – Armudlu kəndi

Səfərə baba piri – Saray kəndi

Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda

Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda

Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı

Salahlı piri – Mərdanlı kəndi

İmamzadə - Novlu kəndi

Umoy Kaha piri – Qaracallı kəndi


Tarixi memarlıq abidələri

Sığınacaq (IV əsr) – Əlquluuşağı, Balahəsənli, Zor kəndləri

Göy qala (V əsr) – Əlquluuşağı kəndi

Qalalı qalası (yeraltı keçidlə, V əsr) - Muradxanlı kəndi

Qız qalası – Əlquluuşağı kəndi

Məşədi Allahverdi bulağı (1834-cü il) – Əlquluuşağı kəndi

Laləzar körpüsü (1867-ci il) – Əlquluuşağı kəndi

Məmmədyar bulağı (XIX əsr) – Əlquluuşağı kəndi

Paşa bulağı (1885-ci il) – Əlquluuşağı kəndi

Hacı Bədəl körpüsü (XIX əsr) – Dəmirçilər kəndi

Qədim Haramı qəbiristanlığı (XIX əsr) – Əlquluuşağı kəndi

Məbəd bulağı (XIX əsr) – Mahmudlu kəndi

Körpü (XIX əsr) – Mahmudlu kəndi

Qalalı qalası – Əlquluuşağı kəndi

Oğlan-Qız abidəsi – Dəmirçilər kəndi

Qalacıq qalası – Xocamsaxlı kəndi

Qədim daş qoç və at heykəlləri – Qaracallı, Abdalanlı, Mahmudlu, Novlu kəndləri

Koroğlu qalası – Əlquluuşağı kəndi

Qara-Qaya sığınacağı – Mahmudlu kəndi

Qalaça – Əlquluuşağı kəndi

Daş sandıq – Məmər kəndi

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2015  11:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!