|
Hacı Şahin Həsənli - Qəbiristanlıq insana axirətini xatırlatmalıdırBakıdakı və əyalətlərdəki bəzi qəbiristanlıqlarda bahalı qəbir daşları o saat diqqəti cəlb edir Nədənsə bəziləri rəhmətə gedən yaxınlarına rəğbəti bir növ həmin başdaşı vasitəsilə sübut etmək istəyirlər. Amma bu, həm şəriət, həm də etik cəhətdən doğru hal hesab edilmir. Ən acınacaqlısı odur ki, qəbiristanlıqların əksəriyyətində bahalı məzar daşlarının çoxluğuna baxmayaraq, səliqəsizlik hökm sürür. Həm boş ərazilər, həm də qəbirlərin üstü ot-ələflə, alaqla örtülü olur. Bu isə insanların öz ölüsünə olan ziddiyyətli münasibətinə bir işarədir. Yəni rəhmətə gedən yaxını üçün bahalı başdaşı qoyan şəxs sonradan onu unudur və ziyarət olunmayan məzarı ot-ələf bürüyür. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Modern.az saytına danışan ilahiyyatçı Hacı Şahin Həsənli dəbdəbəli qəbirüstü abidələrin qoyulmasının yolverilməzliyini qeyd edib. O, bununla yanaşı, qəbiristanlıqlarda təmizlik yaradılması üçün qanunverici aktların tərtib olunmasını da lazım bilib: “Qəbirlərin həddən artıq dəbdəbəli tikilməsi, bahalı qəbirüstü abidələrin ucaldılması dini nöqteyi-nəzərdən yolverilməzdir. Bu, israfçılıq hesab olunur. İnsanlar qəbir daşlarını da şan-şöhrət vasitəsinə çeviriblər. Bəzi insanlar yalnız mərhumun qırxı çıxana qədər abidəni tikib qurtarır, sonra isə mərhum unudulur. Burada əsas məqsəd camaata filankəsin başdaşının bahalı mərmərdən hazırlandığını göstərməsidir. Əslində qəbir daşları çox nəzərə çarpan olmamalıdır. Qəbir yerlərinin səliqəsinə isə xüsusilə fikir verilməlidir. Qəbiristanlıq insana axirətini xatırlatmalıdır. Bir sıra Avropa ölkələrində hətta qəbir üzərində gül əkilir, çəmənlik salınır. Qəbiristanlıq bir növ parkı xatırladır. Müsəlman ölkələrində də qəbir daşları sadə şəkildədir, bizdə də bu təcrübə tətbiq olunmalıdır ki, bahalı mərmərə verilən pul başqa bir lazımlı işə yönəldilsin. Qəbir ərazisinin səliqə-sahmana salınmasına isə yalnızca şəriət baxımından deyil, eyni zamanda da qanunla nəzarət edilməli, bu istiqamətdə maarifçilik işləri aparılmalıdır. İnsanlar özləri də qəbirlərin təmizliyinə nəzarət etməli, onlara hərdən baş çəkməli, otdan, alaqdan təmizləməlidir. Bu həm də dünyadan köçmüş insanın unudulmadığına, ruhuna hörmətlə yanaşıldığına nişanədir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2015 16:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |