|
İlahiyyatçı və ekspertlərin görüşləri davamlı olmalıdır - ilahiyyatçılarDini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin iştirakı ilə “Günümüzdə milli mənəvi dəyərlər” adlı silsilə tədbirlırə start verilib və artıq birinci görüş baş tutub. Ahlibeyt.az-ın məlumatına görə, İslam.az sözügedən tədbirdə iştirak etmiş ilahiyyatçı və ekspertlərin bəzisindən toplantı haqqında fikirlərini bölüşməyi xahiş edib. Aqil Şirinov (BDU-nun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru): - Ümumilikdə ramazan ayı mərhəmət və məğfirət ayıdır və bu ayın cəmiyyətə məhz bu şəkildə təqdim edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Bu aydakı ibadət həm bədən ibadətidir, həm də bu bədən ibadəti insanın ruhi yüksəlişinə səbəb olan ibadətdir. Cəmiyyətdə ramazanın ictimai tərəfi önə çəkilməlidir. Bunun da bir neçə tərəfi var. Birincisi, iftar məclisləri təşkil olunmalıdır. Lakin ancaq varlı təbəqənin iştirak etdiyi məclislər qəbul oluna bilməz. Həmçinin iftar məclislərində ifratdan qaçmaq lazımdır. Ramazanla bağlı müxtəlif məzhəblər arasında müəyyən fikir ayrılıqları var və bu da təbiidir. Amma bu fikir ayrılıqları nə ramazanın birliyinə təsir edir, nə də müsəlmanların vəhdətinə əngəldir. Aslan Həbibov (BDU-nun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru): - Ramazan yaxınlaşdıqca, hər il olduğu kimi, yenə də müəyyən problemlər baş qaldırır. Bu problemlərə verilən cavablarda isə bir pərakəndəlik müşahidə olunur. Bu da cəmiyyətdə yeni sualların meydana gəlməsi ilə nəticələnir. Xüsusi ilə gənclər fərqlənirlər. Belə ixtilaflar ortaya çıxanda onların ətrafında olan qeyri-dindarlar belə sual verirlər: sizin inandığınız insanlar hələ də bir araya gəlib bir məsələni həll edə bilməyiblər, ramazanın başlanğıcı, namaz vaxtları və sair. Elm və texnologiya inkişaf edir, siz isə hələ də bunlardan danışırsınız. Belə toplantıların faydası ondadır ki, ən azından bu sahə ilə məşğul olanlar, suallara cavab verən din xadimləri, elm adamları ramazan ərəfəsində toplansınlar , ortaya çıxa biləcək suallar ətrafında müzakirələr aparsınlar və gəldikləri nəticəni xalqa bildirsinlər. Müasir dövrdə TV kanalları, İnternet resursları insanların sərəncamındadır və onlar bir çox məsələlərdən agahdırlar. Bəzən isə elm adamları çıxıb xalqın qarşısında mübahisə edirlər, bu isə yolverilməzdir. Daha yaxşı olar ki, müzakirələri öz aralarında aparsınlar, sonra isə əldə olunmuş ümumi nəzəri cəmiyyətdə yaysınlar. Demirəm ki bütün ixtilaflar dərhal həll olacaq, amma ən azından onları minimuma endirmək mümkündür. Bu baxımdan da belə toplantıların faydalı olduğunu düşünürəm və bu davamlı olmalıdır. Natiq Rəhimov (Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru): - Azərbaycanda sayılıb seçilən, söz sahibi olan ilahiyyatçıların və elm adamlarının bir araya gəlməsi çox gözəl addımdır. Birinci iclasdan çox məmnun qaldım, gözəl nəticələr əldə etdik. Təcrübə göstərir ki, bu şəxslər həmişə bir yerdə olmalıdırlar. Cəmiyyətin bizə diqtə etməməsi üçün biz öz fikirlərimizi sistemləşdirməliyik, bir qərara gələrək fikirlərimizi cəmiyyətə təqdim etməliyik. Bü gün keçirilən iclasın yekunu olaraq deyə bilərəm ki, bir çox məsələlərdə biz ümumi fikirə gələ bilərik. Bu da çox sevindirici haldır. Əlbəttə, fikir ayrılıqları da ola bilər və oldu da. Amma bunları da normal qarşılamaq lazımdır. İnanıram ki, belə məclislərimiz mütəmadi olaraq keçiriləcək. Çünki əsas effekt də davamiyyətdədir. Çalışacağıq ki, belə görüşlər mütəmadi xarakter alsın və fikir ayrılığı olan məsələlərin də gələcəkdə həll yolları aranacaq. Samir Ağayev ("Qasımbəy" məscidinin imam-cüməsi): - Olduqca zəruri bir toplantı idi. Hətta deyərdim ki, biz bu məsələdə bir qədər yubanmışıq. Azərbaycan ruhanilərinin, media nümayəndəlirinin və digər söz sahiblərinin vaxtaşırı belə toplantı keçirməyi, fikir mübadiləsi aparmağı çox lazımdı. Düşünürəm ki, bu həm cəmiyyətimiz üçün, həm də bizim bizim özümüzə çox faydalı olacaq. Əsas məsələlərdən biri də bu görüşlərin davamlı olmasıdır. Bəzən görürsən ki, olduqca lazımlı bir iş start götürür, amma davamlı olmur. Əgər bu təşəbbüs 1-2 illik zamanı əhatə eləsə, düşünürəm ki, olduqca müsbət nəticələr əldə edə bilərik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2015 16:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |