|
Bu gün Həzrət Əli Əkbər(ə)ın mübarək mövlud günüdürBu gün Şaban ayının 11-i Hz. Əli Əkbər(ə)ın mübarək mövlud günüdür Bu mövlud münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) aşiqlərini təbrik edirik
İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!"
Hicri təqvimi şəban ayının on birinci günü, həzrət Əli Əkbər dünyaya göz açdı. Onun atası həzrət Seyyidüş-şühəda (ə), anası, leyla binti Mərrə Səqəfi idi.
Onun künyəsi Əbulhəsən, ləqəbi Əkbər idi. Mötəbər rəvayətə əsasən, o cənab imam Hüseynin (ə) ən böyük övladıdır.
Tarixçilər hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid olan Peyğəmbər (ə) övladının 19, 20, 32 və hətta 38 yaşında olduğunu qeyd edirlər. Əli Əkbər (ə) İmam Hüseynin (ə) böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir.
Qeyd olunur ki, Əli Əkbər o xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından insanlar içində əziz Peyğəmbərə (s) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamallar onun vücudunda toplanmışdı.
Bir gün Müaviyə, özününü xəlifəliyi dövründə öz ətrafdakılarından soruşdu: “ Kim xəlifəliyə layiqdir?"Hamı yaltaqcasına dedi: “Səndən başqa bir kəsi layiq görmürük”. Müaviyə dedi: “ Yox, belə deyil. Xəlifəliyə Əli ibn Hüseyn (ə) daha layiqdir. Çünki babası Rəsulullaha (s) çox bənzəyir. Onda şücaət, səxavət, gözəlliyin hamısı var. (Müntəhayül-əmal, 5-ci bab, səh. 346)
Müaviyənin bu sözündən belə məlum olur ki,Əli Əkbər böyük dünyagörüşə və üstün əxlaqi keyfiyyətlərə sahib idi.
Əli Əkbərin (ə) - təqva ülgüsünün ruhi əzəmətinin, məqam, elmi, fəsahət, kəmal və cəmalının nə həddə olduğunu anlamaq üçün onun aşura günü meydana gedən zaman uca atasının (ə) bu cümləsinə diqqət etmək kifayət edər:
“Ey Allah, şahid ol ki, camaat arasında camal, kamal, xilqətdə, xasiyyətdə peyğəmbərə (s) ən çox bənzəyən bir şəxsi kafirlərlə döyüşmək üçün göndərirəm. Biz hər zaman peyğəmbəri görmək istəsəydik, onun üzünə baxardıq.” (Müstədərəkül-səfinətül-bihar, c. 5, s. 346 – Biharül-ənvar: c. 45, səh. 42)
Rəvayətlərə görə, Əli Əkbər (ə) istər zahirən, istərsə də davranışları və əxlaqı ilə Peyğəmbərə (ə) çox bənzəyirmiş. Deyilənlərə əsasən, bu oxşarlıq o həddə çatmışdı ki, imam Hüseynin (ə) övladı Kərbəlada meydana gedəndə düşmən qoşunu sıralarında təşviş yaranıb: onlar elə hesab ediblər ki, Peyğəmbər (s) özü meydana gəlir.
Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Abbas (ə) və oğlu Əli Əkbər (ə) qadınlar və uşaqların mühafizəsinə rəhbərlik edir, lazım gələndə suyun qarşısının düşmən tərəfindən kəsilməsinə baxmayaraq, böyük şücaət nümayiş etdirərək, mühasirədə olanlara su gətirirdilər.
Xatırladaq ki, həzrət Əli Əkbər (ə) aşura günü, İmam Hüseynin (ə) əshabından sonra peyğımbər ailəsindən olan ilk şəxs idi ki, atasının hüzuruna gəlib meydana getmək üçün icazə aldı və şəhadətə çatdı.
İmam Hüseyn (ə), onun qana qərq olmuş bədənini qucağına götürüb belə byurdu: “ Səndən sonra kül dünyanın başına kül olsun! Səni öldürənləri Allah öldürsün!
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2015 13:11 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |