|
|
“Dövlət və Din”İctimai fikir toplusunun yeni sayı nəşr olunub“Dövlət və Din” ictimai fikir toplusunun dördüncü nömrəsi işıq üzü görüb.
Ahlibeyt.az-ın məlumatına görə, toplu Prezident İlham Əliyevin Məkkə şəhərində Ümrə, Mədinə şəhərində isə Peyğəmbər məscidinə ziyarəti, Pasxa bayramı münasibətilə pravoslav xristian icmasına təbriki və Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti ilə açılır. Jurnalda yer alan “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” başlıqlı məqalədə AXC hakimiyyəti dövründə dindarların dövlət quruculuğunda və düşmənlərə qarşı mübarizədə göstərdikləri xidmətlər işıqlandırılıb. Dövlət-din münasibətlərinin tarixi köklərinin araşdırıldığı yazıda Azərbaycan xalqının öz müqəddəratını həll etmək istiqamətindəki mübarizəsində İslam amilinin rolundan bəhs olunub. Həmçinin, 1918-ci il Mart soyqırımı ərəfəsində, Bakının azad edilməsində və sonrakı proseslərdə dini mərkəz olan Təzəpir məscidinin rolu, “Məşixət”in yaranması, “İttihadi-İslam” firqəsi və onun siyasi fəaliyyəti, Dini Etiqad Nazirliyi haqqında məlumatlar verilib. Topluda diqqət çəkən “Qloballaşma müasir beynəlxalq münasibətlərin əsas tendensiyası kimi” adlı məqalədə müasir dövrün aktual mövzularından olan qloballaşmaya hərtərəfli aydınlıq gətirilməyə çalışılıb. Qeyd edilib ki, qloballaşma problemi artıq uzun illərdir ki, tədqiqatçıların əsas araşdırma mövzusuna çevrilib. Müəllifin sözlərinə görə, müasir siyasi proseslər artıq qəti olaraq sübuta yetirib ki, XXI əsrdə bəşəriyyətin inkişaf tendensiyasını məhz qloballaşma müəyyənləşdirir. Həmçinin bildirilib ki, qloballaşma yeni anlayış deyil. Bəşəriyyət tarixi boyu inteqrasiyaya meyil göstərib. Ancaq bu gün qloballaşma bütün dövlətlərin iqtisadi, siyasi, sosial, mədəni sahələrini əhatə edib və bu prosesin təsiri altında beynəlxalq münasibətlər yeni xarakter almağa başlayıb. Nəşrdə yer alan maraqlı məqalələrdən biri də “Müasir İslam universalizmi”dir. Məqalə İslam dəyərlərinin bütün bəşəriyyət üçün universallığı ideyasının təhlilinə həsr olunub. Bu məqsədlə nüfuzlu müsəlman liderlərin və ictimai qurumların fəaliyyətindəki universalizm təmayülü araşdırılıb və multikulturalizm, Xristian və İslam universalizmi ideyaları arasında müqayisəli təhlil aparılıb. Həmçinin “İslam biotexnologiyalar əsrində”, “Qloballaşma və milli dəyərlərin gələcəyi”, “İslamofobiya – anti-islam siyasətinin təzahürü”, “Əhməd Ərdəbilinin «Əqaidul-İslam» əsərində məad”, «Rəcm ayəsi» ilə bağlı rəvayətlərin təhlili”, “Modern Suudi Arabistan’da Şiilik ve İran’ın Suudi Arabistan şiileri üzerindeki etkisi”, “Naxçıvan əhalisinin etnik və dini tərkibi tarixi mənbələrdə (XII-XIV əsrlər)”, “İnsan - ən üstün varlıq”, “XV-XVII əsrlərə aid Dirovdağ yaşayış məskəni haqqında”, “Dinə niyə ehtiyac duyuruq?” başlıqlı məqalələrin də yer aldığı toplunun sonunda bu sayda işlədilmiş terminlərin izahı verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2015 17:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |