|
Hacı Şahin Həsənlidən mübarək Şaban ayı ilə bağlı tövsiyyələrArtıq müqəddəs üç aylardan birincisini – rəcəbi yola saldıq, şabana qədəm qoyduq. Hər bir müsəlman da bacardığı qədər rəcəbin əməllərini yerinə yetirdi, ibadətlə məşğul oldu, dualar etdi. Bəs görəsən rəcəbin fəzilətindən nə dərəcədə yararlandıq? Ahlibeyt.az-ın məlumatına görə,İslam.az-ın həmsöhbəti olmuş ilahiyyatçı Hacı Şahin Həsənli müqəddəs şaban ayı ilə bağlı sualları cavablandırmışdır. - Sizin də, digər ilahiyyatçılarımızın da dilindən tez-tez belə duaları eşidirik: “İlahi, bizi rəcəb, şaban və ramazan aylarının feyzindən məhrum etmə, bu ayların fəzilətlərindən yararlananlardan et!” Rəcəb başa çatdı. Dualarımızın qəbul olub-olmamasının göstəricisi varmı? - Hədislərdə qeyd olunur ki, rəcəb - Allahın, şaban - peyğəmbərin, mübarək ramazan isə peyğəmbər ümmətinin ayıdır. Rəcəb və şaban ayları ramazana hazırlıq hesab olunur. İnsanlar bu iki ay ərzində mənəvi cəhətdən paklanırlar ki, İlahi ziyafət ayına pak daxil olsunlar. Ramazan ayı insanın müqəddəratını müəyyən edir. Deməli, dolayısı ilə rəcəblə şabanın da insanın taleyinə təsiri var. Rəcəb ayında edilən ibadətlərin qəbul olunma dərəcəsini necə təyin etmək mümkündür? İnsan bu ayı yola salarkən fikir verməlidir: nə dərəcədə günahlardan çəkinir, mənəvi baxımdan nə dərəcədə islah olunub, davranışlarında hansı müsbət dəyişikliklər baş verib. Məhz bunu saf-çürük edərək rəcəbdən nə dərəcədə faydalanması barədə özündə təsəvvür yarada bilər. - Artıq şabanın ilk gününü yaşayırıq. Rəcəbdə nail ola bilmədiklərimizi şabanda əldə etmək üçün tövsiyyəniz nədir? - Şaban ayında da rəcəbdə olduğu kimi oruc tutmaq tövsiyyə olunur. Hər kəs gücü çatdığı qədər bu ibadətlə məşğul olmalıdır. Bu ayın məxsusi duaları da var. Həmçinin çoxlu istiğfar etmək tövsiyyə olunur. İnsanın keçmiş günahlarını etiraf etməsi, onlardan tövbə etməsi gözəl əməldir. Ümumiyyətlə insan özünü hesaba çəkməli, təftiş etməlidir, əgər boynunda kiminsə haqları varsa bu haqları sahiblərinə qaytarmalıdır. Salavat zikrini çox demək də bəyənilən əməllərdəndir. Ən əsas məsələlərdən biri də təfəkkürdür. İnsan ibadətini düşüncə əsasında etsə yaxşıdır. Dinimiz düşüncə və təfəkkürə böyük önəm verir. Hətta alim adamın yuxusu cahilin ibadətindən üstün sayılır. Ona görə də bu məsələdə kəmiyyətdən daha çox keyfiyyətə fikir vermək lazımdır. Düşüncə ilə edilən az əməl düşüncəsiz edilən çox əməldən insan üçün daha faydalıdır. Bu aylarda insan maddi həyatın buxovlarından azad olmalı, mənəvi aləminə daha çox diqqət yetirməlidir ki, tərəqqi etsin. Sonda isə qeyd etmək istərdim ki, ibadətlərə diqqətin yönəlməsi insanları ictimai fəaliyyətdən də təcrid etməməlidir. Ona görə də bu aylarda həmçinin sədəqə vermək tövsiyyə olunur. İctimai vəzifələri unutmamaq, insanlarla həmdərd olmaq lazımdır. Digərlərinə yardım etmək ən böyük ibadətlərdən hesab edilir və insan bunu etməklə Allaha yaxınlaşmış olur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2015 14:25 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |