إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli "Əyyami-Fatimə" və Novruz bayramından danışdı

Dinimizin icazə verdiyi şəkildə, ifrata və israfa varmamaq şərtiylə bu iki şəhadət günlərinin arasında bayram keçirmək olar. Əlbəttə ki, xanımın şəhadət günlərinin özündə, yəni həmin günü və axşamı xanımın ehtiramı naminə şadlanmaq olmaz”.

Ahlibeyt.az-ın məlumatna görə,bunu "Məşədi Dadaş"məscidinin imam cüməsi, ilahiyyatçı Hacı Şahin Həsənli islamazeri.az-a verdiyi açıqlamasında bildirmişdir.

İlahiyyatçı qeyd edib ki,bu il Novruz  bayramı  xanımın şəhadətə çatdığı ehtimal edilən günlərə deyil, o günlər arasına düşdüyü üçün keçirmək olar: “Bildiyiniz kimi, "Əyyami-Fatimə" ilə bağlı, yəni Hz. Fatimənin (ə) vəfat günü ilə bağlı  iki rəvayət var. Onun nə vaxt vəfat etməsi dəqiq məlum olmasa da, bu iki rəvayətdə özünü ehtiva edən şəhadət günləri arasında  Xanım Zəhra (ə) yad edilir. Alimlərin fikri odur ki, bu günlər arasında şadlıq keçirmək qadağan edilmir.

"Məhərrəm və Səfər aylarından fərqli olaraq bu günlərdə bütövlükdə əza saxlamaq təkid edilmir. Alimlərin də, müctehidlərin də fikri ondan ibarətdir ki,  bayramı keçirmək olar.Dinimizin icazə verdiyi şəkildə, ifrata və israfa varmamaq şərtiylə bu iki şəhadət günlərinin arasında bayram keçirmək olar. Əlbəttə ki, xanımın şəhadət günlərinin özündə, yəni həmin günü və axşamı xanımın ehtiramı naminə şadlanmaq olmaz”.

İlahiyyatçı  bildirib ki, Novruz bayramı islami bir bayram olmasa da islam dininin ziddinə olmadığı üçün qadağan edilməyib: “Novruz bayramı islami bir bayram deyil. Novruz bayramının tarixi islam dinindən çox qədimlərə gedib çıxır. Novruz bayramının tarixi o qədər qədimə gedib çıxır ki, onun tam dəqiqliklə nə zaman yarandığı məlum deyil. Bu bayram  Azərbaycan xalqının milli adət-ənənəsidir. Bu həm də o deməkdir ki, Novruz bayramını islam dini də təsdiq edir. Ümumiyyətlə, islam dini yayıldığı coğrafi ərazilərdə yerli mədəniyyətləri zənginləşdirib. Onları tam şəkildə inkar etməyib. İslam dini yayıldığı ərazilərdə yerli xalqların bayramlarını da tam sıradan çıxarmayıb. Həmin bayramları və həmin mədəniyyətləri ilahi dəyərlərə uyğunlaşdırıb."

Hacı Şahin Həsənli açıqlamasının davamında vurğulayıb ki, İslam dini təkallahlığa zidd olan ayinləri, adət-ənənələri sıradan çıxarıb. Novruz islam dininin bəyəndiyi adət-ənənələrdən biridir. Bu bayramın özlüyündə olan bir çox adətlər müsbət xarakter daşıyır. Məsələn, qohumları, tanışları yad etmək, qonaq getmək, küsülülərin barışması və s. Təəssüflər olsun ki, ölkəmizdə milli dəyərlərimizlə dini dəyərlərimizi qarşı-qarşıya qoyan radikal cərəyan nümayəndələri var. Biz istənilən adət-ənənələrimizi zamanla uyğunlaşdıra bilərik.  Bu bayramın da öz mənəvi irsi, tarixi keçmişi var, dinimiz də bunu ümumilikdə, əsasən, təsdiq edir. Bu bayram dini dəyərlərimizlə milli dəyərlərimizi tamamlayır. Ümumiyyətlə, dinin qadağan etmədiyi hər bir şeyi icra etmək olar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2015  18:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!