إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçılardan "Əyyami - Fatimiyyə"günləri ilə bağlı açıqlama

Əziz peyğəmbərimizin qızı, imamlar anası həzrəti Fatimeyi-Zəhranın şəhadət günü ilə bağlı iki rəvayət mövcuddur. Belə ki, xanımın nə vaxt şəhadətə çatması barədə bir neçə tarix qeyd olunub. Bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri “Əyyami Fatimiyyə” (Fatimə günləri) adlandıraraq Xanım Zəhraya (s.ə) əza saxlayarlar.Bu ildə mübarək Novruz bayramı günləri, xanımlar xanımı Həzrəti Fatimeyi-Zəhranın (s.ə) şəhadəti günləri ilə kəsişir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azadxeber.az saytı Əyyami -Fatimiyyə günləri əza mərasimlərinin hansı formada keçirilmə ilə bağılı ilahiyyatçılara müraciət etmişdir.

Məsələ barədə "Məşədi Dadaş" məscidinin imam cüməsi ilahiyyatçı Hacı Şahin Həsənli  açıqlamasında bildirmişdir ki,Fatimiyyə hadisəsi İslam tarixinin istiqamətini dəyişən bir hadisədir. Həzrəti Fatimənin (ə) şəxsiyyəti araşdırılmalıdır. Gənclərə o Xanımın həm mənəvi tərəfləri, həm onun ictimai-siyasi fəaliyyətləri aşılanmalıdır. Həzrəti Fatimə öz dövrünün böyük ictimai xadimi olub. O, bəşəriyyət üçün nümunə olan bir insandır. Onun həyatı və mübarizəsi ali ümumbəşəri dəyərlər uğrunda olub və bu məsələlər Fatimiyyə günlərində insanlara çatdırılmalıdır”.

İlahiyyatçı onu da əlavə etmişdir ki, Fatimiyyə günlərində bayram keçirməyi şəriətimiz qadağan etmir. İki şəhadət arasında bayram keçirməyin də bir eybi yoxdur, yəni din bunu qadağan etmir. Sadəcə olaraq istənilən vaxt şadlıq keçirəndə ifrata varmaq, ilahi hədləri aşmaq olmaz. Bu hədlərə riayət etmək şərti ilə Novruz bayramında insanlar süfrə açırsa, qohumların ziyarətinə gedirsə bunun hər hansı bir eybi yoxdur”.

İlahiyyatçı Zülfiqar Mikayılzadə "Əyyami Fatimə" ilə bağlı  qısa açıqlamasında qeyd edib ki, Xanım Zəharanın şəhadət günü ilə bağlı rəvayətlərdən birinə əsasən həmin gün bu il mart ayının 4-nə, digər bir rəvayətə görə isə mart ayının 24-nə təsadüf edir. Bu günlər arasında Əyyami Fatiməni qeyd etmək, xanıma əza saxlamaq yaxşı əməldir”.Müsahib onu da bildirdi ki, “ Şəhadət bayrama düşmədiyi üçün o ərəfədə Əyyami Fatimə adı ilə hansısa bir qadağa qoymağın bir mənası yoxdur. Bayram halal formada qeyd oluna bilər ”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2015  16:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!