إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Böyük Britaniyada ateist və qeyri-müsəlmanlar məscidlərə daxil ola bildilər

Böyük Britaniya ərazisində yerləşən 20-dən artıq məsciddə "Açıq qapılar günü" elan olunaraq qeyri-müsəlman və ateistlərin bu müqəddəs məkanlara daxil olaraq islam dini ilə tanışlığı üçün şərait yaratdılar.

Ahlibeyt.az-ın İnfo-islam-a istinadən verdiyi xəbərə görə,Britaniya İslam Şurası  Visit My Mosque("Mənim məscidimə daxil ol")şüarı altında aksiya keçirərək Britaniyadakı dinlərarası gərginliyi aradan qaldırmaq yolunda addım ataraq qeyri-müsəlman və ateistləri məscidlərə dəvət edərək onları islamın əsasları,məscid ənənələri və müsəlman cəmiyyətinin yaşam tərzi ilə tanış etdilər.

Britaniya islam Şurası Baş katibi Şudja Şafi SkyNews agentliyinə verdiyi müsahibədə bildirmişdir ki,biz qeyri müsəlmanlara məscidlərə daxil olmağa şərait yaradaraq onların bu məkanla yaxından tanış olmalarına,qapılar arxasında nə baş verdiyini gözləri ilə görməyə şərait yaratmaqla onlarda dinimiz haqqında düzgün təsəvvür oyatmağa çalışdıq.

Şura sədri qeyd etmişdir ki,  fevral ayının biri baş tutan bu tədbirdə ziyarətçilər çay süfrəsinə dəvət edilərək onlarla müzakirələr apardıq, müsəlmanların sərbəst zamanlarında məscidlərə gələrək burada yalnız ibadətlə deyil həmçinin  müxtəlif mədəni və sosial fəaliyyətlərin həyata keçirildiyi  ictimai bir məkan olduğunu anlatdıq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2015  16:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!