|
Dini abidələrin,mədəni dəyərlərin məhv edilməsindən və insanların günahsız yerə öldürülməsindən dəhşətli heç nə ola bilməz-Elmar MəmmədyarovDünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz. Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik. Ahlibeyt.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V Görüşündə açılış nitqi zamanı bildirib. Uğur və nailiyyətlərlə yanaşı, nazir həm də regionun təhlükəsizliyinə təhdit olan məsələyə toxunaraq bildirib–Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub.Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri nə də YUNESKO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirməyib. Ermənistan bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan edib”. Çıxış zamanı qeyd edilib ki, Azərbaycan TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin növbəti görüşünə ev sahibliyi edir: “Bugünkü tədbirin Bakıda keçirilməsi, əlbəttə, təsadüfi deyil. Bu il biz həm də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyini qeyd edirik.Ölkəmiz YUNESKO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib”. O, əlavə edib ki, bugünkü tədbirdə TÜRKSOY, YUNESKO ilə yanaşı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Ağsaqqallar Şurası,nümayəndələri iştirak edir: “Biz çox sevinirik ki, eyni qədim tarixə, kökə, dil və mədəniyyətə sahib olan xalqlarımız indi bir-birinə daha da yaxınlaşır. Bu isə qardaş türk xalqlarının bir-birinə bağlanmasında və qarşılıqlı etimada əsaslanan möhkəm birliyə çevrilməsində vacib rol oynayır. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq türkdilli xalqların mədəniyyətlərinin qorunması istiqamətində müxtəlif layihələri həyata keçirəcək, bu irsin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcəkdir”. E Məmmədyarov bildirib ki, “Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun çox böyük töhfəsi var”. Çıxış zamanı həmçinin 2013-cü ildə Parisdə genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən təşkilata 5 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi ayrılmasını nəzərdə tutan “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanması qeyd olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2014 11:47 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |