إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli -"Müvəqqəti kəbin bağlandıqda əslində faktiki olaraq iki insan arasında ailə qurulur"


“Din xadimləri bu məsələyə məsuliyyətsiz yanaşırlar”

“Bəzən insanlar münasib olmayan həyat tərzlərinə müvəqqəti kəbin oxumaqla sanki bəraət qazandırmaq istəyirlər və bunun dinə uyğun olduğunu bildirirlər. Müvəqqəti kəbin dedikdə bu nəzərdə tutulmur və onun ağır şərtləri var. Müvəqqəti kəbin bağlandıqda əslində faktiki olaraq iki insan arasında ailə qurulur. Müvəqqəti kəbin məsələsinə bu gün fərqli yanaşmalar var və bunun bu qədər ucuzlaşdırılmasında, yüngül şərtlərlə edilməsində din xadimləri də məsuliyyət daşıyır. Uzaqdan uzağa tanımadığın insanlara müvəqqəti kəbin kəsilməsi halları yolverilməzdir. Bu məsələlərdən din xadimləri təbii ki, çəkinməlidirlər”.

ahlibeyt.az-ın verdiyi xəbərə görə bunu “Məşədi Dadaş” Məscidinin imam camaatı, “Mənəvi Dünya” – Milli Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin Həsənli AZXEBER.com-a müvəqqəti kəbin ilə bağlı cəmiyyətdə mövcud olan ziddiyyətli mövqelərə münasibət bildirərkən söyləyib.

Müsahibimiz hesab edir ki, dində iki növ kəbin var – daimi və ona alternativ olan müvəqqəti kəbin: “Daimi kəbin insanlar ailə qurduqda bağladıqları kəbindir. Amma təəssüflə qeyd edirəm ki, müvəqqəti kəbindən əxlaqsız həyat tərzi sürən adamlar sanki vicdanlarını sakitləşdirmək üçün siğə etdiklərini iddia edirək istifadə edirlər. Siğə bu qədər ucuzlaşmamalı idi. Bu, istisna hallarda müraciət edilən kəbin növüdür. Bəzi din xadimləri də bu məsələyə məsuliyyətsiz yanaşırlar. Yəni, hətta tanımadığı insanlara da müvəqqəti kəbin kəsirlər. Bu, yolverilməzdir. Müvəqqəti kəbin insanlar arasında olan münasibətləri tənzimləmək üçündür. İstənilən cəmiyyətdə müxtəlif səviyyəli insanlar olur. İki nəfər arasında müvəqqəti kəbin bağlandıqdan bir müddət sonra qadın başqa bir insanla daimi kəbinə girə bilməz. Bir sıra şərtlər var. Təəssüflər olsun ki, bunlara əməl olunmur. Allahın xoşuna getməyən addımlar atırlar. Bu Yaradanın hökmlərindən sui-istifadə etməkdir. Təxminən qərbdə mövcud olan vətəndaş nikahına oxşayan bir şeydir. Bəzən insanlar münasib olmayan həyat tərzlərinə müvəqqəti kəbin oxumaqla sanki bəraət qazanmaq istəyirlər və bunun dinə uyğun olduğunu bildirirlər. Müvəqqəti kəbin dedikdə bu nəzərdə tutulmur və onun ağır şərtləri var. Müvəqqəti kəbin bağlandıqda əslində faktiki olaraq iki insan arasında ailə qurulur. Müvəqqəti kəbin məsələsinə bu gün fərqli yanaşmalar var və bunun bu qədər ucuzlaşdırılmasında, yüngül şərtlərlə edilməsində din xadimləri də məsuliyyət daşıyır. Uzaqdan uzağa tanımadığın insanlara müvəqqəti kəbin kəsilməsi halları yolverilməzdir. Bu məsələlərdən din xadimləri təbii ki, çəkinməlidirlər”.

- Bu hallara qarşı mübarizə necə aparılmalıdır, məsuliyyətsiz addım atan din xadimlərinin fəaliyyətləri necə dayandırılmalıdır, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə səviyyəsinin zəif olmasını kim dəyişdirməlidir?

Sadaladığımız suallara isə Hacı Şahinin mövqeyi belə oldu:

- Bu məsələlərə Qafqaz Müsəlmanları İdarəsi nəzarət edir. İdarənin din xadimlərinə belə bir göstərişi var ki, şəxsiyyət vəsiqələri və nikah haqqında şəhadətnamə təqdim olunmadan kəbin oxunmasın. Bunlara əməl etməklə bu cür xoşagəlməz halların qarşısını almaq olar. Amma bəzi din xadimləri var ki, bu göstərişlərə əməl etmirlər. Məscidlərin fəaliyyətinə nəzarət mexanizmi var. Amma məscidlərdən kənarda fəaliyyət göstərən mollalara nəzarət etmək faktiki olaraq mümkün deyil. Əksər hallarda belə mənfi hallar savadsız insanlarla baş verir.

Qeyd edək ki, sözügedən sahədə maarifləndirmə işi də çox aşağı səviyyədədir. Müsahibimiz bildirir ki, bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var: “Hesab edirəm ki, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Ümumiyyətlə, dinimiz insanlara müasir dövrün tələblərinə uyğun çatdırılmalıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2014  19:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!