|
Məscidlərin hansı qurumun balansında olması mühüm məsələdir - DQİDK sədriMəscidlərin hansı qurumun balansında olması mühüm məsələdir - Mübariz Qurbanlı
"Məscidlərin idarəçiliyi müəyyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsi və onun sədri şeyxülislam Allahşükür Paşazadə bütün Qafqazın şeyxi olaraq bu sahəyə uzun müddətdir ki, çox səmərəli şəkildə rəhbərlik edir". Ahlibeyt.a-ın məlumatına görə, bu fikiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yeni Azərbaycan" qəzetinə verdiyi müsahibədə bildirib. O deyib ki, QMİ-nin nümayəndələri din xadimləri, yerlərdəki axundlar, imamlar, qazilər bunu yalnız dini maarifləndirmə yolu ilə həyata keçirə bilirlər. Onların qeyri-ənənəvi cərəyanları qadağan etməyə və ya fəaliyyətlərini məhdudlaşdırmağa hansısa əlavə səlahiyyətləri yoxdur. Onlar məscidlərdə xütbələr, müəyyən kurslar vasitəsilə İslamın əsl mahiyyətini insanlara çatdırmağa çalışır və bunun üçün işlər görməkdə davam edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ ilə bu istiqamətdə sıx əməkdaşlıq edir və müəyyən birgə proqramlar tərtib edir, bu proqramlar üzrə yerlərdə vaxtaşırı konfranslar, icmalarla görüşlər keçirilir. Bu iş bundan sonra da davam edəcək. Lakin burada əsas olan digər məqam bu gün Azərbaycanda olan məscidlərin kimin mülkiyyətində - balansında olması məsələsidir. Azərbaycan müstəqillik əldə edən zaman ölkədə cəmi 17 məscid var idi. Hazırda Azərbaycanda 2050-dən çox məscid var. Bu məscidlərin kimin, hansı qurumun balansında olması mühüm məsələdir. Hazırkı qaydalara əsasən, məscidlərin bir qismi Qafqaz Müsəlmanları İdarəsinin, böyük hissəsi yerlərdə bələdiyyələrin və dini icmaların, bir sıra məscidlər isə tarixi abidə olduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin öhdəliyindədir. Hesab edirəm ki, məscidlərin kimin balansında olması məsələsində mərkəzləşməyə - sistemləşdirmə tədbirlərinə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Çünki məscidlərin təmiri, restavrasiya və digər məsələlər mövcuddur. Ona görə də bu sahədə müəyyən dəyişiklik lazımdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2014 15:34 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |