|
Hacı Şahin Həsənli - Dinin dili müasir dövrün tələblərinə uyğunalşdırılmalıdırAhlibeyt.az-ınverdiyi məlumata görə “Məşədi Dadaş” məscidi icmasının və “Mənəvi Dünya” ictimai bilriyinin rəhbəri ilahiyyatçı alim Hacı Şahin Həsənli Turan Agentliyinə müsahibə vermişdir.Həmin müsahibənin tam mətnini təqdim edirik -İslam daxilində din adı ilə terrorçu qruplaşmaların fəaliyyətinin, məzhəb davalarının artıq Yaxın Şərqin müsəlman ölkələrində kütləvi hal alması gerçəklikdir. Bunun səbəbləri nədir? Bu insanlar islam dininin tələblərindən uzaq düşüblər, yoxsa, dinə yeni tələblər gətirirlər?
Bunun bir sıra səbəbləri var. Bu səbəblərdən biri də dinin düzgün anlaşılmaması, onun düzgün tanıdılmamasıdır. Dinin insanları birləşdirmək üçün göndərilən dəyər olması mübahisəsizdir. “Quran”ın da əsas istiqaməti ortaq dəyərlər ətrafında birləşməkdir. Əgər bir qrup insan din adına parçalanma yaradırsa bu artıq dinin təməl prinsiplərinə zidd hərəkətdir. Bunu heç bir vəchlə dindarlıq adlandırmaq olmaz. Bu inkarçılığın, təkfirçiliyin kökündə cahillik, nadanlıq dayanır. İslamın tarixinə nəzərə salsaq görərik ki, həmin şüarlarla ilk dəfə çıxış edən xəvariclər olub ki, Həzrəti Əliyə qarşı çıxdılar və onu xəyanətlə qətlə yetridilər. Onlar da məhz “Quran” ayələrinə əsaslanaraq onlar kimi düşünməyənləri kafir elan edir, qanlarını özlərinə halal bilərək öldürürdülər. Bunun tarixi islamın ilk dövrlərinə gedib çıxır. Baxmayaraq ki, indi XXI əsrdir, amma təəssüf ki, bu ağrılı problem hələ də qalır. Bu insanlar XXI əsrdə yenidən “peyda” olublar, islami məzhəbləri bir-birinə qarşı qoyaraq dağıdıcılıqla məşğuldurlar. Birmənalı olaraq bu düşüncədəyəm ki, belə qruplar islamın tələblərindən çox uzaq düşüblər. Onların dinə yeni tələblər gətrimək istəkləri də nəticəsiz olacaq. Çünki, bu dünyagörüşü din adı ilə inkişaf edə bilməz. Müsəlmanlar bu qrupları din adı ilə qəbul edə bilməzlər. -Öncə “Taliban”, sonra “əl-Kaidə”, indi isə İŞİD silahlı qruplaşmaları dini gözdən salır, islamın din olaraq əmin-amanlığı əlindən alınır, amma islam alim və böyükləri ortaya vahid mövqe qoymur, yoxsa goya bilmir? Islamda nüfuz sahibi olan ailmlər yoxdur?
Din alimləri və söz sahibləri bu məsələ ilə bağlı vaxtaşırı ortaya mövqe qoyurlar. Bu mövqeləri müsbət dəyərləndirirəm, çünki, vəhdətə çağırışlar var, sadəcə sayı kifayət deyil. Belə baxışlar ara-sıra yox, sistemli halda olmalıdır. Hər iki məzhəbdən olan alimlər bu qruplaşmaların islama aidiyyatı olmadığını açıq şəkildə bəyan etməlidirlər. Bu qruplaşmanı hansısa məzhəbə aid etməyin özü həmin məzhəbi təhqir etməkdir. İstər əhli sünnə, istərsə də əhli şiə alimləri bu məsələlərdə ortaq mövqedən çıxış etməldirlər. Düzdür, alimlərin mövqeləri var, amma indiki dövr həm də informasiya dövrüdür. Əvvəlki zamanlarda din xadimləri söz deyəndə onun təsiri daha çox olardı. İndi isə insanların düşünclərinə təsir isitqamətləri çoxalıb. Bəzən fikirlərin arasında dəyərli fikirləri fərqləndirmək belə çətin olur. Bunun isə özünün köklü səbəbləri var.Bu düşüncədəyəm ki, alimlər bu məsələdə açıq, qətiyyətli mövqe ortaya qoymalıdırlar. Mətbuatda bildirdikləri mövqeyə əməl etməklə sözlərinin təsirini gücləndirməlidirlər. Bir söz deyib, başqa cür davranmamalıdırlar, ümmətlə səmimi olmalıdırlar. Din xadimləri bu məsələdə əməllə sözün vəhdətinə diqqət yetirməlidirlər. - “Bir hərf öyrədənin quluyam” deyə elmi hər şeydən üstün tutan islam dini bu gün terrorla, insan qorxuları, narahatlığı ilə yada düşür. Fərz edək ki, düşmən belə göstərmk istəyir, bəs özlərini müəslman sayanlar niyə bu pisliyə rəvac verirlər? Bu məsələdə günahın birmənalı olaraq başqalarının üzərinə atılmasının da tərəfdarı deyiləm. Biz çox zaman hansısa dövlətləri, kənarda islama zidd olan qüvvələri günahlandırıb məsuliyyətdən yaxamızı kənara çəkməyə çalışırıq. Belə yanaşma özü də səhvdir. Kimlərsə, hansı qüvvələrsə oyunlar qurursa və biz də bu oyunun qurbanı oluruqsa, ilk növbədə özümüzü qınamalıyıq. Müsəlman toplumu daxilində də buna zəmin yardan insanlar da var. Bu baş verənlərə görə özümüzü də qınamalıyıq. Dini dünyagörüşümüzdə, baxışlarımızda təftiş aparmalıyıq. İslamın mahiyyəti insanları zülmətdən nura çıxarmaqdır. İndiki “zülmət” adlandırılan bu qruplaşmalar nadanlqıdan, bilgisizlikdən qaynaqlanır. İslamda isə nur elm və bilik nurudur. İslamda insanlara qiymət vermək üçün neçə-neçə meyarlar müəyyən edilib. Bir meyar da insanın alim və ya cahil olmasıdır. “Quran”da açıq şəkildə “məgər, bilənlərlə bilməyənlər eynidirmi?” ayəsi var. Bu artıq insana qiymət verməkdə elmin nə dərəcədə önəmli dəyər olmasının nümunəsidir. İnsanın insanlığının meyarı həm də onun biliyə və elmə sahib olmasıdır. Təəssüf edirəm ki, biz XXI əsrdə hələ də dinin elmə zidd olmadığını sübut etməyə çalışırıq. Təbii ki, ilahi din elmə zidd ola bilməz. Əksinə, elmi stimullaşdıran amillərdən biridir. Bu da təbiidir ki, Allahdan gələn bir dəyər insanları inkişaf və tərəqqidən saxlaya bilməz. Bu dinin mahiyyətidir və sübuta ehtiyacı yoxdur. Təəssüfedici budur ki, müsəlmanların düşüncəsində din, xurafat, mövhumat bir-birinə qarışıb. Ona görə də din olanla xurafat olanı bir-birindən ayırmaq bir az çətinləşib. Bu mənada bu radikal qruplaşmaların dinə yanaşması xurafatdan doğan yanaşmadır. Bu inkarçılıq, radikallığın təməlində birmənalı olaraq nadanlıq, cahillik dayanır. Eyni zamanda müxtəlif dağıdıcı xislətli insanlar da var. Onlar özlərini başqa müstəvidə reallaşıdra bilmədikləri üçün dağıdıcı xüsusiyyətlərini din adı ilə qabartmağa çalışırlar. Bu insanlar mahiyyətləri etibarilə dağıdıcılığa, radikallığa meyllidirlər. Onlar “din” adı ilə “silahlandırıldıqda” daha təhlükəli olurlar. Çünki, ən təhlükəli cərəyanlar insanların müqəddəs hisslərilə oynayan, ondan sui-istifadə edən cərəyanlardır. Buna görə də günahı dində yox, həmin insanların bəd xislətlərində axtarmaq lazımdır. Pis xislətli insan harada olursa olsun pis xislətlidir. Amma bu insanlar din daxilinə sirayət etdikdə daha təhlükəli olurlar. Çünki, öz eybəcər xislətlərini müqəddəs dəyərlər arxasında gizlətməyə çalışırlar. Odur ki, bu qruplşamları, dağıdıcılığı, inkarçılığı təbliğ edən insanları, çirkin mahiyyətə sahib olan bu radikalları hansısa din və ya məzhəblə əlaqələndirmək olduqca səhv fikirdir. -Nə qədər inkar etsək də bu terror qrupları islamın əmin-amanlıq dini olmasına müəyyən zərbələr vurdular, bunu aradan qaldırmaq üçün din böyükləri ümumislam həcmində hər hansı bir müzakirə və ya dinləmələr keçiriblərmi? İslam əmin-amanlıq, sülh dinidir və “sülh” sözü islamın adında, əməl olaraq mahiyyətindədir. İslam insanlar arasında barış yaratmaq üçün nazil edilib. “Hamınız Allah ipindən yapışın və bir daha dağılışmayın” istiqaməti islamın aparıcı istiqamətlərindən biridir. Məqsəd insanları bu dəyər ətrafında birləşdirməkdir. “Quran”da “cihad”la bağlı ayələr var. Burada “cihad” məhz islamda adı çəkilən birliyə zərər vuracaq qüvvələrə qarşı birləşməyi nəzərdə tutur. Bəzi insanlar əlinə silah götürüb insanlığa qaşrı müharibəyə başlayırsa, orada artıq insanın özünü müdafiə haqqı var. Odur ki, cihad ayələri təcavüz yox, müdafiə xarakteri daşıyır. “Quran”ın əsas məntiqi “sizinlə vuruşanlarla vuruşun” məntiqidir. Təəssüf ki, bir çoxları bilərəkdən və ya bilməyərkdən, “cihad ayələri”ni səhv təfsir edirlər. Öz təcavüzkarlıqlarını bu ayələrə isnad edərək əsaslandırmaq istəyirlər. İslam dini dəyərləri qoruyan, ali hədəflər uğrunda həlak olanları şəhid hesab edir. Hətta islamın qorunması üçün aparlan Ühüd müharibəsində Mühəmməd peyğəbmər (ə.s) bir qism həlak olan şəxsi şəhid saymadı. Onların məqsədlərinin heç də islamı müdafiə etmək yox, qənimət əldə etmək olduğunu bəyan etdi. Amma bu gün bir qrup yaraqlının əli ilə islamdan qorxunc bir sima yaratmaq istəyirlər ki, bu da səbəbsiz deyil. İnsanlarda islam haqqında yanlış təsəvvür formalaşdrmaq istəyən qüvvələr fəaliyyətdədir. Həmin qüvvələr də islam barədə səhv təsəvvür yaratmaq istəyən qüvvələr tərəfindən maliyyələşdirilir. Dünya miqyasında islama maraq artır, “Quran” həqiqətlərinə maraq artır, islam dünyasında dindarlar arasında ziyalılaşma güclənir. Həmin islama marağı sıradan çıxarmaq, bu prosesi zəiflətmək üçün belə qruplaşmalar yaradılır. Onların zahiri simasından tutmuş, bütün maihyyətlərinə qədər din adı ilə insanlar arasında qorxu yaratmaq planlaşdırılır. Onların zahiri görünüşü də qorxuncdur, danışdıqları sözlər də, etdikləri əməllər qorxuncdur. Sanki proqramlaşdırılmış şəkildə həyata keçirilir bu hadisələr. Bu isə insanlarda ilahi dəyər olan islam haqqında mənfi düşüncə formalaşdırmağa hesablanıb. İndiki dönəm islam üçün olduqca həssas dönəmdir. Bu məsələ ilə bağlı islam ölkələrində müəyyən tədbirlər olur. Amma sayı və hadisələrə təsiri baxımından yetərli hesab etmirəm. Ümumiyyətlə, islamda məzhəblərin yaxınlaşması, məzhəblərin vəhdəti istiqmətində əməli tdbirlər görülməlidir. Azərbaycanda da buna ehtiyac var. Baxmayaraq ki, Azərbaycan məzhəblərarası gərginlik problemi yaşamır. Amma gələcəkdə belə bu problemin olmaması üçün ənənəvi məzhəblərə mənsub olan din xadimlərinin birgə tədbirlərinin keçirilməsinə ehtiyac var. Təkcə vəhdət mövzusunda deyil, ortaq dəyərlər barədə birgə mövqedıən çıxış etməkdə fayda var. Müxtəlif məzhəblərin təmsilçiləri müəyyən məsələlərdə eyni mövqedən çıxış edirlərsə bu sıravi dindarlara da sirayət edəcək və onun da müsbət nəticələri görünəcək..
- Azərbaycandan bu terrorçu qruplara qoşulan gənclər haqda xəbəriniz var. Sizcə, boşluq haradadır ki, 100-lərlə gənc terrorçu qruplar tərkibində vuruşur, günahsız canlara qıyır, həm də özlərini haqq sayırlar?
Amma bu qruplaşmalara qarşı mübarizə ancaq bununla yuvarlaqlaşa bilməz. Gənclərin bu radikal cərəyanlara cəlb edilməsinin kökləri araşdırılmalıdır. Məsələnin əsas səbəblərindən biri bilgisizlik, məlumatsızlıqdır. Odur ki, islamın insanlara təbliği, təşviqi işi daha da təkmilləşdirilməlidir. Həqiqi islam təbliğ olunarsa bununla radikal cərəynaların meydanı daralar və fəaliyyət göstərə bilməzlər. Çünki, onların əsas istinadı insanların məlumatsızlığıdır. Bunu da qeyd edim ki, dini qurumlar iş üzrə komitənin fəaliyyətində son dövrlər müsbət istiqamət var. Bu istiqamət də ondan ibarətdir ki, dövlət tərəfindən radikal cərəyanlara qarşı mübarizə elan edilib və bu prioritet istiqamətlərdən biridir. Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti daha da gücləndirilməlidir. Bu məqsədlə silsilə tədbirlər də keçirilir. Biz də dini icma olaraq bu prosesdə yer alırıq. Bu tədbirləri ardıcıl olaraq Qafqz Müsəlmanları İdarəsi də keçirir. Bu tədbirlərin keçirilməsinə ehtiyac var. Amma bu tədbirlər ancaq tədbir xatirinə keçirililmir, əməli nəticəsini də görürük. Din xadimlərinin təkmilləşdirilməsi kursları, din və dövlət qurumları arasında münasibətlər də inkişaf edir. Din xadimləri insanların dinə olan tələbatlarını ödəməlidirlər. Ödəməzlərsə onların kənar təsirlərə düşmələri yəqindir. Kənar təsirləri minimuma endirmək üçün dini maarifləndirmənin gücləndirilməsinə ehtiyac var. Məsələ əksinə olduqda insanlar kənara üz tutur. Kənar təsirlər isə hansısa siyasi dairələrin və ya dövlətlrin maraqlarına xidmət edir, dinə yox.
edirsə bunu islam dinində böhran saymaq olarmı? -Kərbəlanın dağıdılmasını hədəf seçmək və bunu sünni cərəyanının adı ilə təqdim etmək olduqca gülünc bir məsələdir. Həm də insanda acı təəsüf hissi doğurur.Çünki, heç zaman ola bilməz ki, özünü əhli sünnə sayan kimsə İmam Hüseynin və ya Həzrəti Əlinin qəbrinin dağıdılmasını özü üçün hədəf seçsin. Həzrəti Əli, İmam Hüseyn və peyğəmbər əhli-beyti təkcə şiələrə məxsus deyil, tarixən bütün müsəlmalar üçün bir dəyər kimi qəbul edilir. Əhli-sünnə əhli- beytə böyük dəyər verir, hətta əhli-beytə aid bir çox məzarlar, yəni imamların qəbirləri Osmanlı dövründə inşa və təmir edilib. Bu məsələnin əhli-sünnəyə aid edilməsi birmənalı olaraq yanlışıdır və hamı da bunu bilməlidir. Radikal cərəyanlar özlənini bilərəkdən “sünni radikalalr” kimi təqdim edirlər. Amma bunu da birmənalı olaraq deyirəm ki, bu cərəyanların əhli-sünnə cərəyana heç bir aidiyyatı yoxdur. İraqda da, Suriyada da bir çox əhli-sünnə alimləri bu cərəyanlara qarşı mövqe ortaya qoyublar. Bu düşüncədəyəm ki, bu mövqe bir daha vurğulanmalıdır. Hətta Səudiyyə Ərəbistanında belə bəzi alimlər bu cərəyanları ittiham edən mövqe sərgilədilər. Bu təkfirçilərin əhli-sünnəyə aid olmadığını bildirdilər. Başqa dövlətlərdə də bəzi din xadimləri belə mövqelər ifadə etdilər. Buna da təəssüf edirik ki, məslələri düzgün dəyərləndirməyən din bir sıar xadimlərinin məsuliyyətiz bəyanatları da oldu və bunun da şahidiyik. Hər iki məzhəbin, istər əhli-sünnə, istər əhli-şiə böyükləri, baş bilənləri, din xadimləri bu radikal cərəyanların heç bir islami məzhəbə aid olmadığını bir daha vurğulamalıdırlar. Bu açıq şəkildə bildirilməli və mütəmadi vurğulanmalıdır. -Belə bir fikir var ki, islam dinində islahatlar qaçilmazdir, yoxsa hər bir silahlı qrup “Quran”ın tələblərini öz bildiyi kimi şərh edərək bunu din ugrunda mubarizə kimə müsəlmanlara “sırıyacaq”. Burada islahatlar necə olmalıdır?
Biz dinin elmə verdiyi önəm haqqında saatlarla danışa bilər, “Quran”dan ayələr gətirə bilər, hədislər göstərərik. Amma müsair dövrdə insanlar nümunə axtarır. İnsanlar praktiki baxımdan bu dinə əməl edib inkişaf etmiş xalq, dövlət, toplum nümunəsi axtarır. Bu gün problem bu nümunələrin təqdimatındadır. Nəzəri baxımdan heç bir problem yoxdur, məsələ dinə yanaşmadadır. İlahi qaynaqdan gələn “Quran”da hər hans nöqsan yoxdur. Nöqsan bizim dinə yanaşmamızdadır. Düşünürəm ki, bu mənada ciddi islahata ehtiyac var. Bu islahatların gerçəkləşməsi üçün də ilk növbədə dini dəyərləri insanlara çatdıran din xadimlərinin düşüncəsinin təkmilləşdirilməsinə ehtiyac var. Dinə yanaşmasının doğrluğuna ehtiyac var. Din xadimləri zəngin dünyagörüşünə malik olan insanlar olmalıdır. Müasir dövrün tələblərinin nəzərə alaraq, müasir dildə, insanlara lazım olan məsələləri qabartmalıdır. İnsanların dinə olan tələbatlarını ödəməlidirlər. Artıq dinin dili dəyişməlidir. Dinin dili müasir dövrün tələblərinə uyğunalşdırılmalıdır. Din adından danışanlar yalnız dini bilgilərlə kifayətlənməməli, müasir dövrün tələblərini nəzərə alıb müasir dildə onlara lazım olan məsələləri qabartmalıdırlar. Din xadimləri müasir dövrün reallıqlarından xəbərdar olmalıdırlar. Yaşadıqları dövrü tanıyan insanlar olmalıdırlar. Ona görə də dinə aid olmayan insan “Quran” adından danışa bilməz. “Quran” ayələrinin təfsiri prinsiplərə və elmi metodikaya əsaslanır. Odur ki, insan dini mövzuları öz istədiyi kimi təfsir etmək haqqına malik deyil. Bütün bu təhlükəli cərəyanlar da bu yanlış yanaşmanın təzahürü olaraq ortaya çıxıblar. Dinə müasir dövrün tələblləri kontekstində yanaşmaq lazımdır. Din öz mahiyyəi etibarilə hər zamana uyğunlaşa bilir. Dinin zamana uyğunlaşması heç də dini simasını dəyişməsi demək deyil. Din təməl prinsiprləri baxımından daim aktualdır, sadəcə dini zaman tələblərinə uyğunlaşdıran din xadmilərinin çoxalmaısna ehtiyac var. Hətta zamana görə tərbiyə almaq vacib olmasaydı Həzrəti Əli valideynlərə “övladlarınızı özünüzə görə yox, zamanlarına görə tərbiyə edin, çünki onlar sizdən çox zamanlarının övladlarıdır” müraciəti etməzdi. - Sünnü-siə konflikti artig realligdir və problemin həll olunmaması islamın əsaslarini zəiflədir. Problemin geniş müzakirəsi və həll yollarinin axtarilmasi zərurəti yaranmayıbmı?
Bəzən fərqlər düşmınçilik səviyyəsinə qaldılırılır. Müasir dövrdə bu məsələlər öz həllini tapmalıdır. İnsanlar öz düşündüklərini haqq hesab etsələr belə, səhv hesab etdiləri düşncəyə də dözümlü yanaşmalıdırlar. “Müsəlmanlar qardaşdırlar” motivi hər şeydən öndə olmalıdır. İki doğma qardaş arasında belə müəyyən fikir ayrılılqarı ola bilər. Belə Məsələlər elmi müstəvidə, alimlər arasnıda müzakirə oluna bilər. Hətta həll olunmamış da qala bilər. Fikir ayrılırlqarı yalnız dinə aid deyil. Insanların sayı qədər düşüncə və fərqliliklər var. Bu normal qəbul edilməlidir. Bu baxmdan ən gözəl nümunərlədən biri Mühəmməd peyğəmbər (ə.s) özüdür. Bütpərəst mühitdə ona daş yağdıran insanlara belə bəd dua etmədi, onlara Allahdan hidayət istəyirdi. Peyğəmbərini həyatında kifayət qədər belə nümunələr var. Mühəmməd peyğəmbər (ə.s) Mədinədə dini azlıq olan yəhudilərin haqlarını tanımışdı. Peyğəmbər digər din təmsilçilərinə bu qədər dözümlü yanaşa bilib. İndi, islam daxilindəki məzhəblər peyğəmbəri özünə rəhbər və nümunə bilirlərsə, bu yolla getməli, vəhdət yolu tutmalıdırlar. İmam Cəfəri Sadiq (ə.s) dövrünə də aid olan müzakirələrə dair faktlar var. Belə bir dönəm olub ki, Mədinə məscidində, peyğəmbər evinin yanında ateistlər gəlib öz fikirlərini ifadə ediblər, din alimləri onlarla elmi müzakirə açıblar. Özü də Mədinə kimi məsciddə, peyğəmbərin evinin yanında. İmamların tarixində Allahı inkar edənlərlə elmi müzakirə aparmaları haqda faktlar var. Dağıdıcılıq, inkarçılıq əslində hər iki məzhəbi, bütövlükdə isə islam dinini zəiflədir. Bu ixtilafların səbəbləri birgə araşdırlmalı, müzakirə olunmalıdır. Ortaq bir konsepsiya ortaya qoyulmalıdır. Ortaq konsepsiya heş də hamını eyni cür düşünməyə vadar etməməlidir. Mövcud olan fərqlərlə yanaşı, qarşılıqlı hörmət hissi güclənidirilməlidir. Düşüncəmə görə, problemlər müzakirə olunmalıdır və artıq sözdən əmələ keçməyin vaxtı çatıb. Üzdə mətbuat üçün bir cür danışıb, ardıcılların içində qarşı tərəfə nifrət toxumları səpilməməlidir. Müxtəlif dini məsələlərə dair, müxətlif məzhəblərə aid din xadimlərinin birgə mövqe sərgiləməkləri nümunələrdən biridir. Bu sahədə görüləcək işlər çoxdur. Bədbinliyə qapılmağın da tərəfdarı deyiləm. Çünki, müsəlmanları birləşdirən ortaq nöqtələr onları ayıran nöqtələrdən çoxdur. Bizim “Quran”, Peyğəmbər, Əhli-beyt kimi ortaq dəyərlərimiz var. Əhli-beyti heç bir məzhəb özəlləşdirə bilməz. Bunlar müsəlmanlar üçün ortaq dəyərlərdir. Təbii ki, fərqli yanaşmalar da var, amma insanı düşüncəsinə görə təqib etmək olmaz. Təəssüf ki, bu fərqləri qabardaraq bunu qarşı tərəfə aqressiyaya döndərən insanlar da var. Onlara qarşı bütün islam aləmi öz səylərini birləşdirməli, islam naminə, islamın birliyi naminə vahid cəbhə təşkil etməidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2014 13:41 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |