|
Hacı Şahin Həsənli - "Müsəlmanların təfəkküründə islahat aparılmalıdır"Tanınmış İlahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam cüməsi Hacı Şahin Həsənlinin Simsar.az-a verdiyi geniş müsahibənin əvvəlki hisshissəsini oxuculara çatdırmışqıd.geniş oxuucu marağına səbəb olan müsahibənin sonuncu hissəsini oxucularımıza çatdırmağı qərara gəldik.
“Yəhudilərə qarşı tolerantlıq ənənələrini saxlamalıyıq”
Qəzza hadisələrinə bütün dünya reaksiya verdiyi halda, Azərbaycan dövləti bir tərəfə, niyə dindarlarımız, Qafqaz Müsəlmanları İdarəsi biganə qaldılar?
- Bəllidir ki, Azərbyacan dövləti müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Bu bizim dövlətimizin mövqeyidir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən mən bir tədbirdə iştirak etdim. Tədbirə müsəlman ölkələrinin səfirləri dəvət olunmuşdu. Fələstin səfiri də onların arasında idi. Orada da QMİ-nin bəyanatı səsləndi, kifayət qədər də kəskin bir bəyanat idi. Son Qəzza hadisəsi ilə bağlı QMİ sədri də, ayrı-ayrı din xadimləri də öz mövqeyini ortaya qoydular. Amma mən sizinlə tam razıyam ki, ictimai rəydə Fələstin məsələsinə yanaşma hələ lazımi səviyyədə deyil. Bu müsəlman dövlətlərinin ümumi problemidir. Azərbaycanda artıq insanlar ayılır. Burada məsələ artıq din deyil. Hardasa bir uşaq öldürülürsə, günahsız, dinc insanlar raket atəşinə məruz qalırsa, buna hər bir insan etiraz etməlidir. Hətta Avropa da, yəhudilər də İsrailə etiraz etdilər. Bu bir insanlıq məsələsidir və ona görə düşünürəm ki, insanlar hər hansı bir şəkildə öz fikrini ortaya qoymalıdırlar. İsrail həm siyasi, həm də iqtisadi-hərbi cəhətdən güclüdür. Azərbaycanda yəhudilərin fəaliyyətinin qarşısı heç vaxt alınmayıb. Dövlətin dini qurumları tərəfindən bu məsələ ilə bağlı bəyanatın səsləndirilməsi təklif oluna bilərmi?
- Azərbaycanda yəhudilərin müsəlmanlarla dinc yaşamasını müsbət hal kimi dəyərləndirirəm. Hətta İsrailə qarşı ən radikal mövqeyi ilə seçilən İranda belə yəhudilər yaşayır, orada onların senaqoqları da var, parlamentdə təmsil olunurlar. Biz antisemitizim əleyhinə olmalıyıq. Yəhudilərə qarşı kəskin addımlar atılmasına mane olmalıyıq. Azərbaycanla İsrailin əlaqələri sırf siyasi məsələdir və mən bu məsələyə fikir bildirmək istəmirəm. Yəhudilərin Azərbaycanda yaşamasına gəlincə, düşünürəm ki, bundan sonra da biz yəhudilərə qarşı tolerantlıq ənənələrini qoruyub saxlamalıyıq. Allah eləməsin Azərbaycanda dini və mənəvi zəmində ixtilaf yaranması bütövlükdə dövlətçiliyə ciddi zərbə vura bilər.
“Bu tənəzzülün səbəbi dinimizdə deyil, dindarlığımızdadır”
Son vaxtlar İslamı qəbul edən məşhurların əksəriyyəti müəmmalı şəkildə ölürlər. Məsələn 2Pak, Maykl Cekson, Uilyams. Bununla bağlı nə deyə bilərsiniz?
- Bəli, müəmmalı ölümlərin şahidi olduq. Amma birmənalı nə isə demək çox çətindir. Onu deyə bilərəm ki, Avropada, dünyada İslama maraq artmaqdadır. Bu maraq savadsız kütlə arasında deyil. Artıq Avropada dünyanın bir çox yerlərində ziyalıların İslama marağı artır. Baxmayaraq ki, İslam qara rəngdə təbliğ və təqdim olunur, amma yenə də İslama marağın qarşısını ala bilmirlər. Ola bilər ki, kimlərinsə mənafeyinə zidd olsun, amma bu barədə bir söz demək çətindir, çünki mənim əlimdə hər hansı bir fakt yoxdur. Amma bunu da istisna etmirəm ki, tanınmış insanların, ziyalıların İslamı seçməsi kimisə qıcıqlandıra və ona uyğun addımlar atıla bilər.
İslama bu qədər simpatiya artarkən, niyə münaqişə ocaqlarının hamısı İslam ölkələrindədir?
- Bu çox geniş müzakirə, araşdırma tələb edən bir məsələdir. Avropa da bu münaqişələrdən keçib. Artıq sabitliyə, inkişafa nail ola biliblər. Müsəlman dünyası bu yola Avropadan daha öncə qədəm qoymuşdu, amma sonradan bir sıra səbəblər var ki, o səbəblərdən İslam ölkələri bu vəziyyətə düşüb. Ümumiyyətlə, Xilafətin İslam mahiyyətindən, Peyğəmbərin təlimlərindən, Qurandan kənarlaşması, əxlaqsızlığın fəsadının İslam Xilafətində geniş yayılması, müsəlmanların dini görüşlərinin yalnış əsaslara söykənməsi gətirib müsəlmanların tənazülünə çıxarıb. Bu gün doğrudan da münaqişə ocaqları İslam ölkələri ilə, müsəlmanlarla bağlıdır. Buna səbəb bir sıra siyasi səbəblər də ola bilər. Müsəlman ölkələrinin sərvətlərinə hakim olmaq üçün din kartından istifadə edilir. Müsəlmanların öz görüşlərini təftiş etməsinə ehtiyac var. Biz dinimizi yenidən təftiş edib lazımi, doğru şəkildə təbliğ etməliyik. Müsəlmanların təfəkküründə islahat aparılmalıdır. İslam çoxlarının başa düşdüyü kimi deyil, mütərəqqi bir dindir. Yenə deyirəm bu olduqca dərin bir sualdır. Bunu cavablandırmaq böyük bir zaman tələb edir. Amma tam əminliklə deyirəm ki, bu tənəzzülün səbəbi dinimizdə deyil, dindarlığımızdadır.
- Bu il Azərbyacandan Həccə gedəcək adamlar 10 milyon manat pul xərcləyəcəklər. Xeyli gənci evlə təmin etmək mümkün olduğu halda, bu qədər pulu Həcc ziyarətində xərcləmək nə dərəcədə düzgündür?
- Həcc ziyarətinə getmək vacib bir əməldir. Amma şahidi oluruq ki, həcc ziyarətinə gedən insanlar arasında sırf ad, şan-şöhrət üçün gedən insanlar da kifayət qədərdir. Sadəcə titul qazanıb, məclisdə yuxarı başda oturmaq üçün hansısa bir inam qazanıb ondan sui-istifadə edən insanlar da var. Amma ümumiyyətlə, həcclə bağlı onu deməliyik ki, yoxsullara kömək etmək həcc ziyarətinə getmək qədər vacibdir. Peyğəmbər buyurur ki, “Qonşusu ac özü tox yatan müsəlman, müsəlman deyil”. Amma başqa yerlərə kimlərinsə xərclədiyi puları görmürük, məhz həccdə bu məsələ əhəmiyyət kəsb etməyə başlayır. Burada da qərəz var. Amma mən sizin fikrinizlə razıyam ki, insan öz üzərinə düşən vəzifəni müəyyən qədər yerinə yetirməlidir.
Cəmiyyətdə lider kimi seçilən dindar adamların bizneslə məşğul olmağına necə baxırsız?
- Dindar insanların, hətta ilahiyytçıların da ticarətlə, işlə məşğul olmasının mənfi bir hal kimi qəbul etməyin tərəfdarı deyiləm. Bu məsələyə normal yanaşıram. Ümumiyyətlə, din xadimləri mənsub olduğu xalqın orta səviyyəsində yaşamalıdı. Ola bilər insan çox pul qazansın, var-dövləti çox olsun. Dinimizdə qazanmaq deyə bir şey yoxdur. Çox qazan və başqalarına yardım et, öz ehtiyatlarını məhdudlaşdır. Belə bir göstəriş var və mənə elə gəlir ki, din xadimləri, din adından danışan insanlar bu prinsiplərə riayət etməlidir.
İstər Xristian, istərsə də İslam ölkələrində dini liderlərin dövlətin təhlükəsizlik orqanları ilə əlaqəsi olduğunu bilirik. Bu şəxslər dövlətlə birlikdə çalışır, yoxsa xüsusi təyin olnurlar?
- Sovet dönəmində belə bir təcrübə olub. Amma bunu hamıya aid etmək olmaz. Təbii ki, belə qaydalar təkcə din xadimlər arasında deyil, elm xadimləri arasında da xüsusi dövlət orqanları ilə əməkdaşlıq edənlər olur. Siyasət adamları, hətta bəzi kriminal aftoritetlərin keçmişdə xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair tarixi iddiyalar var. Yəni bunu ümumiləşdirməyin tərəfdarı deyiləm. Belə hallar ola bilər. Həddindən artıq şişirdilir və insanlar arasında şübhə toxumu səpilir. Cəmiyyətin inanıb, etibar etdiyi insanlar haqqında da bəzən belə şayələr, fikirlər yayılır. Buna bir qədər dözümlü yanaşmaq lazımdır. İnsan varsa müxtəlif fikirlər, söhbətlər də ola bilər.
“Bəzən din xadimləri ixtilaf toxumları səpir”
- İslam ölkələrində məzhəb davaları, düşmənçiliklər geniş yayılıb. Müsəlmanlar arasındakı bu çaxnaşmanın yaranmasında Qərbin “barmağ”ı olduğu fikri tez-tez səslənir. Siz necə düşünürsünüz?
- Ümumiyətlə, dini zəmində yaranan münaqişələrin qarşısı alınmalıdır. Qərbin özündə də, Avropada məzhəb zəminində mübarizələr olub, hətta lap qabarıq şəkildə. Ancaq Qərbdə bu məsələlər artıq öz həllini tapıb. Bu gün müsəlman dünyası bu ağrılı dönəmi yaşayır. Məzhəb savaşları hələ səngimək bilmir və bu da dinə səhv yanaşmağın nəticəsidir. “Mənim kimi düşünməyən, mənim düşmənimdir” – prinsi ilə çıxış edirlər. Təəsüflər olsun ki, müsəlmanlar içində radikallıq inkişaf edir və buna da rəvac verən dövlətlər var. Mən də düşünürəm ki, bu məsələdə bəzi dövlətlərin, qrupların maraqları var. Müsəlmanlar içərisində təkfirçilik, inkarçılıq ruhiyyəsi güclənsin və bunun üçün də həm dünyada, həm də Azərbaycanda bir sıra tədbirlər görülür.
Azərbaycanda bu məsələ nə vəziyyətdədir?
- Azərbaycan doğrudan da din, dövlət və məzhəblər arasındakı münasibətlərdə tarazlığı qoruya bilən unikal dövlət modelidir. Azərbaycanın tarixində ciddi bir məzhəb münaqişəsi olmayıb. Bunu tarixçilər də təsdiq edir. Müasir dövrdə də belə bir qarşıdurma yoxdur. Amma kimlərsə ortalığı süni şəkildə qızışdırmaq istəyir və bunun qarşısı alınmalıdır. Xüsusilə də son vaxtlarda dini qurumlarda dövlət komitəsinin fəaliyyətində əsas prioritet məsələlərindən biri bu radikallıqla mübarizədir. Qafqaz Müsəlmanları İdarəsində mənim də iştirakçısı olduğum bir sıra layihələr oldu.
Fərqli düşüncələr, fərqli yanaşmalar ixtilafa səbəb olmamalıdır. Qərbdə bunun nümunəsi var. Quran bu məntiqi irəli sürür ki, dində məcburiyyət yoxdur. Hər bir insan öz düşüncəsini özü üçün qəbul edib. Sənin öz dinin var, mənim öz dinim. Yəni, sənin fərqli düşünmə haqqını tanımalıyam, səni özüm kimi düşünməyə vadar etməməliyəm. Bu normal yaşam mədəniyyətidir. İnsanlarda bu mədəniyyət olmalıdır və bu mədəniyyəti insanlara aşılamaq lazımdır. Burada da din xadimləri məsuliyyət daşıyır. Amma bəzən din xadimləri ixtilaf toxumları səpirlər, çıxışlarında aqressivliyə rəvac verən bəzi addımlar atırlar. Üzdə, mətbuat üçün fərqli danışırlar, amma altda başqa, qarşıda başqa...
İslamda müdafiəsiz adamın öldürülməsi varmı?
- Diri-diri insanın başının kəsilməsi vəhşilikdir. Bunu heç bir hökmlə əsaslandırmaq olmaz. Təsəvvür edin, maşını saxlayıb deyir, sən etiqadını mənə danış, Allaha inamını, namazı necə qıldığını izah et. Faktiki olaraq insanın əqidəsini təftiş edir, əgər onun görüşünə uyğun gəlmirsə, bu onun qanını halal hesab edir. Bu böyük bir vəhşilikdir. Hətta Peyğəmbər ona daş atan xüdpəsəndlərə bəddua etmirdi. Peyğəmbərə daş atırdılar, alnını yaralayırdı, amma o oturub deyirdi: “İlahi, mənim qövmümü doğru yola yönəlt. Onlar bilmədən bu işi gördülər”. Siz dünyəvi, yoxsa dini dövlətin tərəfdarısız? - Onu xalq müəyyən etməlidir. Yəni, Azərbaycanın bu gün inkişafı dünyəvi quruluşdadır deyə, mən dünyəvi dövlət modelinin tərəfdarıyam. Hər hansısa bir xalq dini quruluşun əleyhinə səs veribsə, o da xalqın seçimidir. Amma Azərbaycanın mövcud reallıqlarına, xalqın seçiminə baxsaq doğrudan da Azərbaycanın inkişafını istəyiriksə, bu gün seçim dünyəvi dövlətdən yana olmalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Avqust, 2014 13:38 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |