|
23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür23 avqust - Cəbrayıl və Füzuli rayonlarının zəbt olunduğu gündür Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşıb. İşğal olunmazdan əvvəl Cəbrayılın kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Rayonun ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir. Cəbrayıl rayonu tarixi-memarlıq və dini abidələrlə zəngindir. Tarixi abidələrə misal kimi məşğur Xudafərin körpülərini (XII əsr), Sultan Məcid hamanını, Diri Dağındakı Qız qalasını, dini abidələrə isə bölgə əhalisinin and yeri olan «Hacı Qaraman» ziyarətgahını misal göstərmək olar. Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur. Torpağımızın ərazi bütövlüyü uğrunda erməni təcavüzkarına qarşı aparılan müharibədə 350-dən çox cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub. Şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə «Azərbaycanın Milli Qəhramanı» adına layiq görülüb. *** 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib və hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Fizulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün xeyli yeni qəsəbə salınıb. İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 50 mindən çox sakin yaşayır. Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib və hazırda orada geniş miqyaslı bərpa işləri aparılır. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə fəaliyyət göstərib. Fizulinin kənd təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlıq olub. Füzuli rayonu ərazisində onlarla tarixi və dini abidələr yerləşir ki onların da çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən məşhuru Azıx mağarasıdır. Hər iki rayonun ərazisini qarət, talan, dağıntılara məruz qoyan ermənilər son illər tez-tez yanğınlar da törədirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2014 12:48 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |