|
Azərbaycanda, dindar təbəqə arasında milli düşüncənin yüksəldilməsi son dərəcə zəruridirAzərbaycanda dövlət və din münasibətləri birxətli olmur. Obrazla desək bu münasibətlərin “isti” dövrü də olur, “soyuq” dövrü də. Eyni zamanda qiymətləndirmə üçün hansı müstəvidən baxılması da mühümdür. Ahlibeyt.az-ın verdiyi xəbərə görə SalamNews-a müsahibəsində İslam Konfransı Gənclər Forumu Avrasiya Beynəlxalq Şurasının rəhbəri Elçin Əsgərov bildirib. O deyib ki, hal hazırki dövrü nəzərdə tutsaq, hesab edirəm ki, son bir iki ildə müsbətə doğru ciddi irəliləyiş olmuşdur. Əvvəllər, müəyyən dövr kəsimində, din-dövlət münasibətləri çərçivəsində hər şeyə inzibati təzyiqlə yanaşma dövrü, son illərdə əməkdaşlıq dövrü ilə əvəz olunmuşdu. Ümid edirəm ki, bu xətt davam edəcək. Ümumiyyətlə, Azərbaycanda din-dövlət münasibətlərinə təsir edən və onu xarakterizə edən bir neçə amil var ki, durum da bu amillər arasındakı tarazlığın hansı tərəfə meyllənməsindən asılı olur: 1. Təəssüf ki, çox zaman bu münasibətlər məmurların şəxsi simpatiya və münasibətlərindən asılı olur. Əslində belə olmalı deyil. Dövlətin din sahəsində tam formalaşmış konsepsiyası olmalıdır və şəxsi münasibətindən asılı olmayaraq, dövlət qurumları yalnız bu konsepsiya çərçivəsində hərəkət edə bilməlidirlər. Bu yanaşma, dini sahədə sabitliyi qorumağa xidmət edər. 2. Təəssüf ki, rəsmi ruhaniyyət ilə real dini cameə arasında kontakt kifayət qədər deyil. Əvvəllər isə hətta uçurum var idi. Son dövrlər burada da müsbətə doğru irəliləyiş olub, ümid edək ki, davam edəcək də. Məsələ bundan ibarətdir ki, dövlət bütün dini cameə ilə iş planına malik olmalıdır, yalnız rəsmi ruhaniyyət ilə deyil. Çünki, dediyim kimi, yalnız məsciddə olan rəsmi axund və imamlar real dini cameəni təmsil edə bilmir. Ya da rəsmi ruhaniyyət bu təmsilçilyi reallıqda əldə edə bilməlidir. 3. Dindar cameə həmcins deyil, burada təəssüf ki, marginallar da az deyil. Onlar dövlətin və cəmiyyətin ümumi maraqlarını, öz dini dünyagörüşləri ilə uzlaşdıra bilmir və nəticədə bəzən real olmayan tələblər irəli sürür, real olmayan hədəflərə can atırlar. Nəticədə, cəmiyyətlə konfrontasiyaya girmiş olurlar. (Söhbət heç də radikallardan getmir, radikallar ayrı mövzudur) Burada da tələb olunan, dini cəmiyyətlə elə bir kontakta nail olmaqdır ki, konstruktiv düşüncə sahibləri dəstəklənsin və marginal qruplar zəiflədilsin, onların kənar qüvvələr tərəfindən istifadəsinə yol verilməsin. Bunun üşün də konstruktiv dindar təbəqənin dövlətə etimadı yüksəldilməlidir. 4. Təəssüf ki, hələ də dini təbəqəyə xarici təsirin səviyyəsi yuxarıdır. Bu təsirin azaldılması üçün Azərbaycanda, dindar təbəqə arasında milli düşüncənin yüksəldilməsi son dərəcə zəruridir. Bu da öz növbəsində yalnız yerli dini təhsilin və nəticə olaraq ruhaniyyətin elmi və düşüncə səviyyəsinin artırılması ilə mümkündür. Nə qədər ki, ali dini təhsil xarici dini mərkəzlərdən asılı olacaq, xarici təsir də həmişə özünü hiss etdirəcəkdir. Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin yeni sədrindən nə kimi gözləntiləriniz var? Vəzifəyə yeni gələn insana özünü tanıtmaq üçün müəyyən vaxt lazımdır. Gözləntilərim dini mühitimizdə mövcud olan problemlərin həlli istiqamətində düzgün qərarların qəbul edilməsidir və bu işdə yeni sədrə ancaq uğurlar arzu edirəm. Şəxsən mənə də müsbət təsir bağışlayır. Siz İslam Konfransı Gənclər Forumu Avrasiya Beynəlxalq Şurasının rəhbərisiniz. Qarşıdakı illərdə nə kimi planlarınız var? Bu il İslam Konfransı Gənclər Forumunun yaranmasının 10 illiyi tamam olur. Bununla əlaqədar, İƏT ölkələrinin əksər gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə təşkilatımızın beynəlxalq toplantısının keçirilməsi planlaşdırılır. Bu toplantıda həm keçmiş 10 ilə nəzər salınacaq, həm də perspektivlər haqda bir daha fikir mübadiləsi aparılacaqdır. Qısa olaraq onu deyə bilərəm ki, bu 10 ildə təşkilat çox iş gördü və İslam Əməkdaşlıq Təşkilatının heç bir üzv təşkilatı bu sahədə İKGF ilə rəqabət apara bilməz: biz baş qərargahımızı, regional ofislərimizi açdıq, digər beynəlxalq qurumlarla birgə davamlı fəaliyyəti olan bir neçə qlobal hərəkat təsis etdik, bizə bağlı digər beynəlxalq təşkilatlar yaratdıq, İƏT ölkələrindən olan aktiv və lider gəncləri birləşdirən şəbəkələr qurduq, bu platformalardan çıxış edərək Azərbaycanı daha çox tanıtdırdıq, onlarla beynəlxalq tədbir keçirə bildik, layihələr icra etdik. İnşaAllah, qarşıda bütün bu platformalarda işlərin davam etdirilməsi və fəaliyyətin keyfiyyətcə yeni mərhələyə keçirilməsi planlaşdırılır. Ofisi Bakıda yerləşən Avrasiya Regional Mərkəzi də bütün bu istiqamətlərlə bağlı öz üzərinə düşən işi icra edib, bir çoxlarının isə təşəbbüskarı olub. Bu təşəbbüskarlığımızı da davam etdirəcəyik, Allah qoysa. Son günlər bölgədə (İsrail – Fələstin) baş verən hadisələrlə bağlı nə deyə bilərsiniz? Bu barədə bəşərin bütün mütərəqqi nümayəndələri nə mümkündü deyiblər. İsrail bu gün özünü əsil cinayətkar kimi aparır, özü də dövlət səviyyəsində cinayətkar kimi. Axı əksəriyyəti uşaq, qadın, qoca, dinc əhali olmaqla mindən artıq insanın ölümünə, minlərlə insanın isə yaralanması və əlilliyi, faciəsi ilə nəticələnən bu hərbi aksiyanı heç bir dəlil ilə əsaslandırmaq mümkün deyil. İsrailin əlində olan heç bir mövcud səbəb buna əsas ola bilməz. Yeri gəlmişkən, təşkilatımız bununla bağlı məhz israilli gənclərə yönəlmiş beynəlxalq kampaniyaya da start verib. Məqsəd İsrailin özündə bu aksiyaların vəhşiliyinin başa düşülməsi və ictimai etiraza nail olmaqdır. İraqda İŞİD tərəfindən hər gün demək onlarla insanlar qətlə yetirilir, məscidlər dağıdılır. Sizcə bunun qarşısı necə alınmalıdır? Quduz itin qarşısı necə alınmalıdır ki? Bunun bir yolu var əlbəttə. İnsanlara silah qaldırıb qarşısına keçəni qətl edəni, ancaq silahla dayandrmaq olar. Amma İraqın bu an buna qadir olması şübhə altındadır. İraq dövlət böhranı yaşayır və İŞİD-in qələbələri də əsasən bununla əlaqədardır. Məncə İraqa bütün bölgə ölkələri, həmçinin digər böyük ölkələr də bu problemi həll etməyə kömək etməlidirlər. Bu kömək ayrı-ayrılıqda olduqda regionda yeni böhran yarada bilər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Avqust, 2014 19:18 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |