|
Qafqaz Müsəlmanları İdarəsi“halal” sertifikatı ilə bağlı yalnız ət kəsimi prosesinə nəzarət edəcəkAzərbaycanda ət kəsimi zamanı İslam dininin qaydalarına riayət edilib-edilmədiyi ilə bağlı nəzarəti həyata keçirəcək Qafqaz Müsəlmanları İdarəsi ilə artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) arasında əməkdaşlıq başlayıb.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında SMPDK sədri Ramiz Həsənov söyləyib.
R.Həsənov deyib ki, Azərbaycanda 3 broyler fabriki “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun sertifikat almaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) müraciət edib: “Dövlət Komitəsi də Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi ki, onların nümayəndələri həmin broyler fabrikində kəsimə nəzarət etsinlər. Yekunda da rəy versinlər ki, bu şirkətlərə uyğun sertifikat verə bilərik, yoxsa verə bilmərik. QMİ-nin də bu sahədə tələbləri var və hazırda QMİ-nin rəyini gözləyirik. Biz altı aya yaxındır ki, bu şirkətlərlə monitorinq aparırıq, çünki bu sahədə standartın başqa tələblərinə nə dərəcədə riayət olunduğunu müəyyənləşdirməliyik. Ümumiyyətlə, dövlətin standartı varsa, bu standarta riayət olunmasına da dövlət nəzarət etməlidir. Təbii ki, burada QMİ-nin də müəyyən rolu var”.
R.Həsənov xarici ölkələrdən ət məhsullarının istehsalı üçün idxal edilən ətlə bağlı QMİ-nin rəyinin tələb olunmadığını qeyd edib: “Tutaq ki, kolbasa istehsalı üçün ət xaricdən gəlirsə, həmin ət o ölkənin sertifikatı ilə gəlir və biz də o sertifikatı tanıma proseduru həyata keçiririk. Azərbaycanın daxilində kəsimlə bağlı ət məhsulunun halal olmasını QMİ müəyyən edəcək”.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb. İndiyədək SMPDK-da akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 5 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyun, 2014 15:34 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |