إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQİDK keçmiş şöbə müdiri mediada yayılmış dini ədəbiyyat siyahısına şübhə ilə yanaşır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin sabiq müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu günlərdə mediada yayılmış qadağan olunmuş dini ədəbiyyatın siyahısına şübhə ilə yanaşır.

Siyahını mayın 5-də APA yayıb. Agentliyin məlumatında bildirilib ki, ölkədə yayılması və istifadəsi qadağan olunmuş ən radikal və təhlükəli dini nəşrlərin bu siyahısını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərtib edib. Agentlik siyahının hüquq mühafizə orqanlarından verildiyini vurğulayıb.

Siyahını şübhə altına alan Ceyhun Məmmədov “Media forum” saytına açıqlamasında iddia edib ki, bu siyahıda bir çox anlaşılmazlıq var: “Məndə bu siyahı ilə bağlı çoxlu sual yaranıb. Siyahıda şiəliyin əsas kitablarının adları sadalanıb ki, bu da şiələrdə ciddi qıcıq yarada bilər. Eyni zamanda sünniliyə, nurçuluğa, hətta xristianlığa aid bir çox kitabın adı yer alıb. Qadağan olunmuş dini ədəbiyyatla bağlı siyahılardan müəyyən qədər məlumatım var. Komitədə bu forma-məzmunda siyahı olmayıb. Sanki kimsə kitabları seçib və məqsədli şəkildə belə bir siyahını mediaya ötürüb. Söhbət ondan gedir ki, media qurumu bu siyahını yalandan hüquq mühafizə orqanlarının adından yaya bilməz. Digər tərəfdən, niyə onun mediaya örürülməsi indiki vaxta təsadüf edir, Elşad İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postundan azad olunan kimi baş verir, səbəbi nədir? Ola bilər, bu, qarşıda baş verəcək hadisələrə, tədbirlərə hazırlıq forması, mərhələsidir.

Azərbaycanda ayrı-ayrı dövlətlərin, qurumların, təşkilatların maraqları var. Elşad İskəndərov vəzifədən çıxarılan kimi bu siyahını ortaya atmağın arxasında nə durur? Bu qədər həssas məqamda dövlətin belə bir siyahını öz əliylə yayması həqiqətə nə qədər uyğundur? Siyahı mediaya hüquq mühafizə orqanlarının adından verilib. Amma bu, hüquq mühafizə orqanlarının hazırladığı sənədə də bənzəmir. Bəlkə onu başqa qurum, kimsə başqa bir şəxs hazırlayıb? Bütün bunlar siyahı ilə bağlı suallar yaradır.

Burada bir cəhd də duyulur: bu təşəbbüs ekspertiza aparmaq səlahiyyətlərinin komitədən alınıb hansısa quruma verilməsi məqsədilə də həyata keçirilə bilər. Siyahıya baxanda belə qənaətə gəlinir ki, komitənin fəaliyyəti yarıtmazdır, şiələrin, sünnilərin, xristianlığın əsas kitablarını qadağan edir, deməli, öz işinə peşəkar yanaşa bilmir; peşəkar yanaşmadığına görə də bu səlahiyyətləri ondan almaq lazımdır. Amma siyahını hazırlayanlar məzhəblər arasında qarşıdurma yarana biləcəyini gözə almayıblar. Bu təhlükəni başa düşən, dərk edən şəxs o məsuliyyətin altına girməz. Sıravi şiə, sünni, nurçu baxsa ki, komitə kitabını qadağan eləyib, bu, onda dövlətə, onun siyasətinə qarşı qıcıq yaradacaq. Belə çıxır ki, ortada bütün cəbhələrdən insanları dövlətə qarşı qaldırmaq cəhdi var. Bu siyahı mediaya ötürənlər təkcə bir məzhəbə toxunmayıblar, sanki birdən-birə bir neçə cəbhəni ayağa qaldırırlar ki, dövlət sizə müharibə elan edib, siz də ayağa qalxın”.

2011-ci ildə  “İslam.com.az” saytı da qadağan olunmuş ədəbiyyatlar haqda siyahı yayıb.  Həmin siyahı ilə müqayisə etdikdə yeni siyahıda cəmi 4 ədəbiyyat üst-üstə düşür: “Bir yəhudi fitnəsinin nəticələri”, “Doğru olanlarla birgə” (müəllif: Məhəmməd Ticani Səmavi), “Vəhhabiliyin ayinləri” (müəllif: Cəfər Sübhani), bir də “Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini).

Məsələ ilə bağlı “Media forum” saytı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müraciət edib. Komitə rəsmiləri bu haqda heç bir bilgi verməyib.

“İslam.com.az” saytının qadağan olunmuş dini ədəbiyyat kimi təqdim etdiyi kitablar isə bunlardır:

“Rəsulullah" (Şeyx Abbas Qumi)

“Bütün müsəlmanlar bilməlidirlər” (Ayətullah İbrahim Əmini)

“Fiqhi məsələlər” (Əbdul Hüseyn Şərafuddin əl-Musəvi)

“Bağdad alimlərinin bəhsi” (Məqatil-ibn Ətiyyə)

“Kərbəla şəhidlərinə ağlamaq” (Musa Günəş, Cəfər Bəndidərya)

“Xülasətül” (Əhkam Şeyx Nasir Məkarim Şirazi)

“Şəriət hökmlərinin izahı” (Ayətullah Məhəmməd Fazil Lənkərani)

“Əhli-beyt Ayət-h” (Fazil Lənkərani, Ayət-h Şəhabiddin İşraqi)

“Necə hidayət oldum” (Məhəmməd Ticani Səmavi)

“Doğru olanlarla birgə” (Məhəmməd Ticani Səmavi)

“Nurul-Quran fi təfsiril Quran” (Seyyid Kamal Fəqih İmani)

“Ümmət və 20 məsələ və yaxud İslam vəhdətinə doğru” (Seyyid Əli Hüseyni Boti)

“Şiəlik necə yaranmışdır?” (Seyyid Məhəmməd Baqir Sədr)

“Vəhhabi firqəsi” (Seyid Məhəmməd Həsən Qəzvini)

“İmamiyyə şiələrinin əqidələri” (Ayətullah Cəfər Sübhani)

“Vəhhabiliyin ayinləri” (Ayətullah Cəfər Sübhani)

“Din təlimləri” (Ayətullah İbrahim Əmini Seyyid Əliəkbər
Musəvi)

“Şiə cavab verir” (Seyyid Rza Hüseyni Nəsəb)

“On dörd məsumun həyatı” (Əl-Bəlağ müəssisəsi)

“Məsum imamların həyatı” (Mehdi Pişvari)

“On dörd məsum” (Ayətullah Məzahiri)

“Tarixi və dini bəhslər” (Faiq Vəli oğlu)

“Üsuliddindən dərslər” (Haqq yolu müəssisəsi)

“Məhərrəmlik” (Seyyid Əli Əkbər Ocaqnejad)

“Məhərrəmlik haqda sual-cavab” (Təkamül Tərcümə Mərkəzi)

“Karvana yetiş” (Şəhid Abdullah Azzam)

“İslam bu gün” (Abu əl-əlya əl-Məududi)

“Bir yəhudi fitnəsinin nəticələri” (Zəhirəddin əl-Mədəni)

“Kim müsəlmandır?” (Ziyaəddin əl-Qudsi)

“Kəlimeyi-şəhadətin şərtləri və onu pozan şeylər” (Salih bin Fauzan bin Abdullah əl-Fauzan)

“Namazı tərk edənin hökmü”  (Əl Albani)

“Gecikmiş etiraflar” (Məhəmməd İbn Əbdül Əziz Əl Müsnəd)

“İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmək” (Məhəmməd Saleh Əl Münəccid)

“Allah bizdən nə tələb edir?” (xristianlığa aid)

“Həyatın mənası nədədir? (xristianlığa aid)

“Müqəddəs kitab əslində nə öyrədir?” (xristianlığa aid).

Siyahını mayın 5-də APA yayıb. Agentliyin məlumatında bildirilib ki, ölkədə yayılması və istifadəsi qadağan olunmuş ən radikal və təhlükəli dini nəşrlərin bu siyahısını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərtib edib. Agentlik siyahının hüquq mühafizə orqanlarından verildiyini vurğulayıb.

Siyahı belədir:

“Bağdad alimlərinin bəhsi” (müəllif: Məqafil-İbə Ətiyyə)

“Bir yəhudi fitnəsinin nəticələri”

“Doğru olanlarla birgə” (müəllif: Məhəmməd Ticani Səmavi)

“Pişəvəri gecələri” (müəllif: Seyid Məhəmməd Musəvi-Şirazi)

“Sünnilik” (müəllif: Əbdürrəhman)

“Vəhhabiliyin ayinləri” (müəllif: Cəfər Sübhani)

“Yehova müasir xalqı”

“Müqəddəs kitab – Əhdi-Ətiq”

“Gözətçi gülləsi”

“Yehova Allahın padşahlığını bəyan edir”

“Risaleyi-Nur”

“Vəhhabiyyət iki yol arasında” (müəllif: Şeyx Nasir Məkarin Şirazi)

“Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini)

“Peyğəmbərin haqq canişini kimdir?” (müəllif: Əhməd Əssədnajat)

“Qərb dinində – Aşurayadək” (müəllif: Seyid Kazım Pərpənci)

“Cəməl müharibəsi” (müəllif: Cəsar Sübhani)

“Günahın acısı” (müəllif: Haşim Rasuli)

“Zühur əsri” (müəllif: Əli Kuranu)

“Böyük dini rəhbərin həyat və fəaliyyəti”

“İlahi ədalət”

“Sülid din”

“Seyid Mürtəza Müctəhidi”

“Ali İmran”

“Bir dəstə gül”

“İmam əsgərin həyatı”

“Musa Kaziminin həyatı”

“İmam Rzanın həyatı”

“Şiə və əsassız ittihamlar” (müəllif: Seyid Sadiq Şirazi).

Siyahını şübhə altına alan Ceyhun Məmmədov “Media forum” saytına açıqlamasında iddia edib ki, bu siyahıda bir çox anlaşılmazlıq var: “Məndə bu siyahı ilə bağlı çoxlu sual yaranıb. Siyahıda şiəliyin əsas kitablarının adları sadalanıb ki, bu da şiələrdə ciddi qıcıq yarada bilər. Eyni zamanda sünniliyə, nurçuluğa, hətta xristianlığa aid bir çox kitabın adı yer alıb. Qadağan olunmuş dini ədəbiyyatla bağlı siyahılardan müəyyən qədər məlumatım var. Komitədə bu forma-məzmunda siyahı olmayıb. Sanki kimsə kitabları seçib və məqsədli şəkildə belə bir siyahını mediaya ötürüb. Söhbət ondan gedir ki, media qurumu bu siyahını yalandan hüquq mühafizə orqanlarının adından yaya bilməz. Digər tərəfdən, niyə onun mediaya örürülməsi indiki vaxta təsadüf edir, Elşad İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postundan azad olunan kimi baş verir, səbəbi nədir? Ola bilər, bu, qarşıda baş verəcək hadisələrə, tədbirlərə hazırlıq forması, mərhələsidir.

Azərbaycanda ayrı-ayrı dövlətlərin, qurumların, təşkilatların maraqları var. Elşad İskəndərov vəzifədən çıxarılan kimi bu siyahını ortaya atmağın arxasında nə durur? Bu qədər həssas məqamda dövlətin belə bir siyahını öz əliylə yayması həqiqətə nə qədər uyğundur? Siyahı mediaya hüquq mühafizə orqanlarının adından verilib. Amma bu, hüquq mühafizə orqanlarının hazırladığı sənədə də bənzəmir. Bəlkə onu başqa qurum, kimsə başqa bir şəxs hazırlayıb? Bütün bunlar siyahı ilə bağlı suallar yaradır.

Burada bir cəhd də duyulur: bu təşəbbüs ekspertiza aparmaq səlahiyyətlərinin komitədən alınıb hansısa quruma verilməsi məqsədilə də həyata keçirilə bilər. Siyahıya baxanda belə qənaətə gəlinir ki, komitənin fəaliyyəti yarıtmazdır, şiələrin, sünnilərin, xristianlığın əsas kitablarını qadağan edir, deməli, öz işinə peşəkar yanaşa bilmir; peşəkar yanaşmadığına görə də bu səlahiyyətləri ondan almaq lazımdır. Amma siyahını hazırlayanlar məzhəblər arasında qarşıdurma yarana biləcəyini gözə almayıblar. Bu təhlükəni başa düşən, dərk edən şəxs o məsuliyyətin altına girməz. Sıravi şiə, sünni, nurçu baxsa ki, komitə kitabını qadağan eləyib, bu, onda dövlətə, onun siyasətinə qarşı qıcıq yaradacaq. Belə çıxır ki, ortada bütün cəbhələrdən insanları dövlətə qarşı qaldırmaq cəhdi var. Bu siyahı mediaya ötürənlər təkcə bir məzhəbə toxunmayıblar, sanki birdən-birə bir neçə cəbhəni ayağa qaldırırlar ki, dövlət sizə müharibə elan edib, siz də ayağa qalxın”.

2011-ci ildə  “İslam.com.az” saytı da qadağan olunmuş ədəbiyyatlar haqda siyahı yayıb.  Həmin siyahı ilə müqayisə etdikdə yeni siyahıda cəmi 4 ədəbiyyat üst-üstə düşür: “Bir yəhudi fitnəsinin nəticələri”, “Doğru olanlarla birgə” (müəllif: Məhəmməd Ticani Səmavi), “Vəhhabiliyin ayinləri” (müəllif: Cəfər Sübhani), bir də “Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini).

Məsələ ilə bağlı “Media forum” saytı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müraciət edib. Komitə rəsmiləri bu haqda heç bir bilgi verməyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2014  19:28 Çap

Bu bölmədə

© 2024 .Bütün hüquqlar qorunub.