إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

UNEC-də “İnsan resursları mütəxəssisi” kursuna qeydiyyat başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində “İnsan resursları mütəxəssisi” (HR) kursuna qeydiyyat başlayıb.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Universitetin mətbuat xidmətinin məlumatında bildirilib.

Kurs aşağıdakı mövzuları əhatə edir.

İşə qəbul və seçim

HR əməliyyatlar

HR informasiya sistemləri

HR data analitika

Rəqəmsal HR

- Əməyin təhlükəsizliyi və iş yerində sağlam mühit

“HR Agile” menecment

UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən təqdim olunan  kursda HR sahəsi ilə əlaqəli mövcud proqram, sistem və alətləri istifadə edə bilmək bacarıqları tədris olunacaq. 3 aylıq kursun tədris proqramı 48 saatı əhatə edir.

Kurs HR sahəsi üzrə peşəkar mütəxəssis Tural Dadaşov tərəfindən tədris ediləcək.

İnsan Resursları Mütəxəssisi kursu bu sahədə karyera qurmaq və peşəkar olmaq istəyənlər üçün mükəmməl fürsətdir!

UNEC əməkdaşları və tələbələrinə endirimlər mövcuddur!

Müraciət üçün son tarix: 5 noyabr

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.Tel: +99412 4414539

Mobil/whatsapp: +99470 515 16 18

e-mail: lifelong@unec.edu.az

web: lifelong.unec.edu.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2022  09:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!