|
İmam Hüseynə (ə) əza saxlamağın fəzilətləriŞəhidlər ağası həzrət Hüseyn (ə) üçün əza saxlamaq Allaha yaxınlaşmaq üçün ən təsirli vasitələrdəndir. İmam Hüseynə (ə) məhəbbət – Əhli-beytə (ə) sevgidir. Ona tökülən göz yaşı – bütün Əhli-beytə (ə) tökülən göz yaşıdır. Ona yardım etmək – bütün Məsumlara (ə) yardım etməkdir. Rəyyan ibn Şəbib İmam Rzadan (ə) rəvayət edir: “Ey Şəbibin oğlu, əgər Hüseynə (ə) ağlasan yanaqlarına axan ilk yaşla Allah sənin kiçik və böyük günahlarını bağışlayar.” İmam Sadiq (ə) Zürarəyə buyurdu: “Ey Zürarə! Səma 40 gün imam Hüseyn (ə) üçün qan ağladı. Yer 40 gün zülmətə qərq olmaqla ağladı və günəş qızartı və rənginin solğunluğu ilə imam Hüseynə (ə) matəm tutdu.” Davud Riqqi belə nəql etmişdir: İmam Sadiqin (ə) yanında idim. Həzrət su istədi. Sudan içdikdən sonra gözlərindən yaş axdı. Sonra mənə buyurdu: “Ey Davud! Allah imam Hüseynin (ə) qatilinə lənət etsin. Hər kəs su içdikdən sonra imam Hüseyni (ə) xatırlayıb onun qatilinə lənət deyərsə, Allah-taala ona 100000 savab yazar, 100000 günahını təmizləyər, dərəcəsini 100000 dəfə artırar, 100000 qul azad etməyin savabını onun üçün yazar. Eləcə də, qiyamətdə Allah-taala onu ürəyi sərin halda və xoşhal edərək məhşur edər.” İmam Sadiq (ə) buyurur: “İmam Hüseynə (ə) elə göz yaşı tökən yoxdur ki, Həzrət Zəhraya (s.ə) yaxınlaşmamış olsun. Ona göz yaşı ilə yardım etsin. Həmçinin Həzrət Peyğəmbərə (s) yaxınlaşsın”. İmam Hüseyni (ə) və o həzrətin müsibətini xatırlamaq imanın artmasına, ilahi eşqə nail olmağa və həyatda böyük xoşbəxtliyə səbəb olur. Ona görə də, imam Hüseynin (ə) müsibətini xatırlamaq, o həzrəti ziyarət etmək, onun üçün əzadarlıq məclisləri təşkil etmək məsumlar tərəfindən təkidlə bəyan olunmuş və onunla bağlı saysız fəzilətlər qeyd olunmuşdur. Şeyx Səduqun “Səvabul-əmal” kitabında Əhli-beyt (ə) şairi Əbu Əmmarə belə nəql etmişdir: “İmam Sadiq (ə) mənə buyurdu: “Mənim üçün şeir oxu.” Mən o həzrət üçün şeir oxudum. O həzrət ağladı. Yenə də şeir oxudum. O həzrət ağladı. And olsun Allaha, mən şeir oxuyurdum və o həzrət də ağlayırdı. Sonra evdən də ağlamaq səsini eşitdim. Sonra imam Sadiq (ə) mənə buyurdu: “Ey Əbu Əmmarə, hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyub 50 nəfəri ağladarsa, mütləq cənnətlik olar. Hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyub 40 nəfəri ağladarsa, mütləq cənnətlik olar. Hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyub 30 nəfəri ağladarsa, mütləq cənnətlik olar. Hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyub 20 nəfəri ağladarsa, mütləq cənnətlik olar. Hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyub 10 nəfəri ağladarsa, mütləq cənnətlik olar. Hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyub bir nəfəri ağladarsa, mütləq cənnətlik olar. Hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyuarsa və özü ağlayarsa, mütləq cənnətlik olar. Hər kəs imam Hüseyn (ə) barədə şeir oxuyub özünü ağlayanlara oxşadarsa, mütləq cənnətlik olar.” Seyid bin Tavusun “Əl-Məlhuf” kitabında imam Səccadın (ə) xadimlərinin birindən belə nəql olunmuşdur: “Günlərin birində imam Səccad (ə) səhraya getdi. Mən də onun arxasınca hərəkət etdim. Sonra o həzrət bir daşın üstündə səcdəyə getdi. Mən o həzrətin ah-nalələrini eşidirdim. O həzrət 1000 dəfə bu zikri dedi: “La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu təəbbudən və riqqa, la ilahə illəllahu imanən və təsdiqa.” Sonra səcdədən qalxdı. O həzrətin gözlərindən yaş axırdı. O həzrətə dedim: Ey mənim mövlam, bu müsibətləri unutmağının və göz yaşlarının sonu çatmamışdırmı?” Həzrət buyurdu: “Vay olsun sənə, həzrət Yəqub (ə) özü də peyğəmbər idi, atası da. Onun 12 oğlu var idi. Allah taala onlardan birini qeybə çəkdi. Onun saçları qüssədən ağardı. Qəm-qüssədən beli əyildi. Qəm-qüssədən gözlərini əldən verdi. Halbuki, oğlu diri idi. Mən isə gördüm ki, atam, qardaşım və yaxın qohumlarımdan 17 nəfəri necə qətlə yetirildilər və torpaqlar üstə düşdülər. Belə isə mənim qəm-qüssəm necə azala bilər?!” “Kamiluz-ziyarat” kitabında Harun bin Xaricə imam Sadiqdən (ə) belə nəql etmişdir: “İmam Hüseyn (ə) qətlə yetiriləndə, hətta meşələr də o həzrət üçün ağladılar. Allah taala o həzrət üçün 4000 pərişan mələklər ayırmışdır ki, qiyamətə qədər onlar o həzrətə ağlayacaqlar.” Əzadarlıq məclisləri əsasən Allah-taalanın razılığını əldə etmək, Aşuranın, tarixi və onun təhlilini doğru şəkildə insanlara çatdırmaq, Əhli-beytə (ə) saf məhəbbəti nümayiş etdirmək və şəhidlik ruhiyyəsini dirçəltmək üçün təşkil olunmalıdır. Təşkil olunmuş hər bir əzadarlıq məclisi bu üç hədəfdən uzaq düşərsə, mənəviyyatın süqut etməsi deməkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Avqust, 2022 10:47 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |