
Bu gün, Zil-hiccə ayının 18-i Qədir Xum bayramıdır.
Bu münasibətlə başda Hz.Mehdi Sahib əz-Zaman(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) aşiqlərini təbrik edir və mübarək olsun deyirik.
Həsən bin Raşid nəql edir ki, İmam Sadiqdən (ə.s.) Qədir Xum günü barədə soruşdum.
Cavab verdi ki, Qədir Xum günü Qurban və Fitr bayramı günlərindən üstündür. Həmin günü oruc tutun və çoxlu salavat zikr edin.