
İsrail qüvvələri İordan çayının qərb sahilində əl-Xəlil şəhəri ərazisində bir fələstinli gənci atəş açaraq qətlə yetiriblər.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, İsrail qüvvələri əl-Xəlilin şərqində Vadiul-Həsin bölgəsində 27 yaşlı Yasir Fövzi adlı bir fələstinlini atəş açaraq qətlə yetiriblər.
İsrail mənbələri iddia edib ki, fələstinli gənc bıçaqla israil qüvvələrinə hücum etmək niyyətində olub.
Eyni zamanda əl-Əqsa məscidi ətrafında İsrail polisinin bir kiçik postu yanıb.
Bundan sonra İsrail qüvvələri əl-Əqsa məscidini namaz qılan yaşlı fələstinlilərdən boşaldıb və onu bağlı elan edib.
Qüds və ətrafında fəal olan fələstinli cəmiyyətlər insanları əl-Əqsa məscidi istiqamətdə aksiya keçirməyə çağırıblar.
İsrail polisi əl-Əqsa məscidini boşaldan zaman bir neçə fələstinlini həbs edib.