
Ahlibeyt.az-ın Mədəniyyət Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mədəniyyət günləri çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin təşkili, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulur.
Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və digər sənət adamlarının bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, habelə təcrübə mübadiləsinin genişlənməsinə rəvac verəcək.
Mədəniyyət günləri çərçivəsində İran İslam Respublikasının mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehinin başçılığı altında tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərin proqramı:
s/s |
Vaxt və saat |
Tədbirin adı |
Keçirilmə yeri |
Ünvan |
1. |
27 iyun, saat 17:00 |
|
Muzey Mərkəzi |
(Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 49)
|
2. |
27 iyun, saat 19:00 |
İran Mədəniyyət Günlərinin rəsmi açılışı və İran Milli Orkestrinin konserti, |
Azərbaycan Dövlət Akademik Filarmoniyası |
(Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 10)
|
|
28 iyun, saat 17:00 |
Tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin “Məhəmməd: Allahın Elçisi” bədii filminin təqdimatı, |
Nizami Kino Mərkəzi |
(Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 20) |
3. |
28, 29 iyun, saat 19:00 |
Titovak Teatrının “İlahi Komediya. Cəhənnəm” tamaşasının (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayişi |
Azərbaycan Dövlət Musiqili Teatrı, |
(Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 8) |
4. |
29 iyun, saat 19:00 |
İran Milli Orkestrinin konserti |
Gəncə Dövlət Filarmoniyası |
|