
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə, Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, "Zeytun budağı" yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır: "Türkiyənin Afrin əməliyyatının hədəfi sadəcə terrorçular, terror təşkilatlarıdır. Bunu Avropa Parlamentində bu əməliyyatı işğal kimi göstərmək istəyənlərə söyləyirəm. Azərbaycanın millət vəkili Səməd Seyidova da qətiyyətli davranışına görə təşəkkür edirəm".