
İraq hökumət qüvvələri şənbə günü ölkənin qərbində yerləşən Əl-Ənbar bölgəsində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,ShfaqNews-un yaydığı məlumatda bildirilir ki,əməliyyatlara ölkənin ordu qüvvələri,sərhəd qoşunları və könüllü xalq briqadalarından formalaşdırılmış Həşdi-Şəbi birləşmələri qatılıb.
Əməliyyata başçılıq edən İraq silahlı qüvvələrinin ordu generalı Abdul Həmid Yaralla bildirib ki,ilk növbədə Suriya ilə sərhəddə yerləşən İŞİd-in əlində olan sonuncu olan Əl-Qaim şəhərinə gedən yol üzərindəki Akaşat məntəqəsinin nəzarətə götürülməsir.
Qeyd olunur ki,hazırda Əl-Ənbarda Ana və Rava şəhərləri də İŞİD nəzarətindədir.
Məlumata görə, Akaşatda İŞİD-in iri silah anbarları,terrorçuların təlim və intiharçı düşərgələri,silah və partlayıcı hazırlanması fabrikləri yerləşir.
Qeyd edək ki,bir müddət əvvəl İraq Baş naziri və silahlı qüvvələrinin baş komandanı Heydər əl-Abadi açıqlama verərək bildirmişdir ki,tezliklə Əl-Ənbar və Kərkükdə İŞİD-ə qarşı əməliyyatlara başlanacaq.